Səs salma,yatanlar ayılar qoy hələ yatsın,
Yatmışları razı deyiləm kimsə oyatsın,
Tək-tək ayılan varsa da, həq dadıma çatsın,
Mən salim olum, cümlə cahan batsa da batsın,
Millət necə tarac olur olsun, nə işim var!?
Düşmənlərə möhtac olur olsun, nə işim var!?