Siz salonda ancaq tam təmizlik əsasında böyük bir mehribanlıqla qəbul oluna bilərsiniz. Lakin nəyin tam təmizliyi əsasında? Vicdanınmı? Xeyr, uzunboğaz çəkmələrin.
Onun pul qazanmağa başladığını gördükdə “bu, alverçidir” dedilər. Öz pullarını ümumun ehtiyacı üçün sərf etdiyini gördükdə “şöhrətpərəstdir” dedilər. Hər bir hörmət və təzimdən çəkindiyini gördükdə “fırıldaqçıdır” dedilər. Nəhayət, cəmiyyətdən çəkindiyini gördükdə “kobud adamdır” dedilər