ELFIDA

Demək istəyirsiniz ki, başqa bir qadına görə sizi atıb getsəydi, onu bağışlayardınız, amma arzusu, ideyası onu çəkib aparıbsa, yox? Yəqin ona görə ki, rəqibiniz olsa, döyüşərdiniz, amma ərinizin arzu-istəyi ilə necə döyüşəsiniz, eləmi?
Reklam
“Elə hərəkət et ki, sənin tərzin bütün davranış qaydaları üçün əsas olsun”.
O adamlara inanmıram ki, deyirlər ki, başqasının rəyini zərrə qədər də veclərinə almırlar. Bu quru iddia kimə lazımdı?! Əslində, onlar demək istəyirlər ki, məzəmmətdən-zaddan qorxmurlar, çünki günahları heç vaxt bilinməyəcək.
:)) Kişi bir qadını istəmirsə, elə bilirlər başqasına bənd olub. Yəni elə axmağam ki, bir dəfə çəkdiyim əziyyəti bir ayrısı üçün təzədən çəkim?
Amma tövbə edən adam günahını çoxdan boynuna alıbsa, onda necə olsun?
Reklam