Kitabın sonunda ağlamamaq imkansız. Oxuduqca, yox ola bilməz, belə olmasın yox, yox, deyərək oxuduğum kitablardandı. Kitabı oxuduqdan sonra mütləq filmini izləyin.
Kitab təsirli kitab idi deyə bilərəm. Sadə dildə yazıldığı üçün rahat oxunacaq və tez bitəcək bir kitabdır. Kitabdakı iki qəhrəman Lennien ve George biri Ağıllı digəri isə fiziki gücə malik idi. Kitabı oxuduqdan sonra fikirlərimi cəmləşdirib onu deyə bilərəm ki, ağıl fiziki gücə qalıb gəldi...
Bu şəhərdə kimsə yoxdur. İnsanlarla dolu görünsə də, əslində başını çiyninə qoyacağın, ağlayacağın kimsə yoxdur. Səni başa düşən, anlayan çətin anında əl uzadıb yanındayam deyən kimsə yoxdur...
Kitabda da, tam da buları deyir. Həyatı izah edən, insanları izah edən kitabdır...
Relslər üzərində uzanmış adam... Kitabı oxuduğumda o qədər təsirlənmişdim ki, kitabın sonlarında göz yaşlarımı saxlaya bilmirdim. Bu kitabda ən çox yadımda qalan o oldu ki, qadınlar haqlı olsalarda, günahsız olsalarda yenə zülm çəkən onlar olur. Bir sözlə, oxunması vacib olan kitablardandı deyərdim...