Həyat yoldaşınızı həmişə gülər üzlə, şirin sözlə qarşılamağa tənbəllik etməyin. Onunla evinizin daimi qonağı kimi davranın. Elə olsun ki, bu xoşbəxt qonaq qapıdan içəri addım atar-atmaz bütün yorgunluğunu, problemlərini unudacağına, öz isti yuvasından başqa heç bir yerdə rahat ola bilməyəcəyinə inansın. Ona göndərmək istədiyiniz mesajı, söyləmək istədiyiniz gözəl bir sözü gecikdirməyin. "Əvvəlcə o başlasın" deyə gözləməyin. Onu qədər çox sevdiyinizi söyləməkdən çəkinməyin. Və xoşbəxt ola bilmək üçün xoşbəxt etməkdən usanmayın.