Bəzən hansısa əzizimizin çox kiçik bir arzusunu yerinə yetirməyə ehtiyac duymuruq. Düşünürük ki, adi, keçici bir şeydir, unudulub gedəcək. Ağlımıza belə gəlmir ki, o adamı itirə bilərik və o zaman adi, keçici saydığımız həmin əməlin peşmanlığı bizə bu dünyada cəhənnəm əzabı yaşadar.
Hər dəfə belə nadan əməllərlə rastlaşanda mənə elə gəlirdi ki, Sabirin Şamaxıdakı "Yeddi günbəz" qəbiristanlığından, Mirzə Cəlilin isə Bakıdakı Fəxri xiyabandan gələn kinayəli qəhqəhə səslərini eşidirəm...
Bu dünyada həmişə həqiqətlə, aşkarlıqla yaşamaq mümkün deyil. Kimlərdənsə nəyisə gizlətməli, hətta yalan danışmalı olursan. Bəzən insanlıq üçün bir yalan yüz həqiqətdən daha faydalı olur.