Yeriyəcəyiniz yol tikanlıdır, tez uğur qazanmağı şərt qoymayın. Təqdir və anlayış gözlədiyiniz anda sizə lağ edə bilərlər. Şöhrət yerinə şər və nifrətlə, yardım yerinə gizli intriqalar və hətta açıq savaşla qarşılaşa bilərsiniz. Onlarla, yüzlərlə və minlərlə qaranlıq güc aydınlıq əməllərinizi söndürmək üçün çalışacaq və söndürəcək də. Amma siz yanmağa davam edin. Yanın və digərlərini də alovlandırın!