Əksər vaxtlarda hər şeydən yorulmuş, bezmiş, soyumuş, depressiv yaşantıların dibinə baş vurmuş bir insan İlahi Rəhmətə nə qədər yaxın olduğunun fərqinə varmır. Bəzən səni hər şeydən soyudan, arzularını məhv edən, daxilində olan şiddətli entuziazmı söndürən məhz İlahi Rəhmətin özü olur. Rəhmətin bu yönünə Eşq deyilir, çünki bütün bağlılıqları yandırıb külə döndərir. Belə anlardan zövq almaq lazımdır. Belə anlarda ruh reabilitasiyadan keçərək yaşamağa başlayır. Bu haldan çıxmaq üçün müvəqqəti ləzzətlərə, əyləncələrə və s. yerlərə qaçmaq mərifətsizlikdir. Məhz belə yaşantılar zamanı insana yeni üfüqlər açılır və insan müqəddəs mərtəbələrə yüksəlmək üçün fürsətlər əldə edir.
(Sınamış insanlardan sizə gəlsin)