Həsən ilk öncə öz qüvvələrini bir yerə yığıb onlarla danışmağa
başladı.
- Mənim igidlərim, biz bu gün burada olmasaq,
bizim uşaqlarımız beşikdə rahat yata bilməz,
məktəbdə rahat oxuya bilməz. Əlbəttə bizim
atalarımız, babalarımız öz torpaqları uğrunda
mübarizə aparmasaydılar, vətən uğrunda qan
tökməsəydilər biz bu gün olmazdıq. Baxın! Bu
torpaqlar hansısa heyvanın əlində, onun tapdağı
altında ola bilərdi. Biz bu gün son qanımıza kimi
mübarizə aparmalıyıq ki, babalarımızın əziyyətini
yerə vurmayaq. Axı onların axan qanı əbəs yerə
tökülməmişdi. Qoy gələcəkdə bizim davamçı-
larımız bizim adımız gələndə fəxr hissi ilə
desinlər ki, baxın biz bu nəslin davamçılarıyıq.
Qorxmazıq, igidik, cəsuruq. Yoxsa adımız
çəkiləndə başlarını yerə dikməsinlər.
Zaman bizdən daha nələri alacaq? Zaman bizdən hər şeyimizi almamış hər şeyin dəyərini bilək. Bəzən elə şeyləri alır ki, gedişindən sonra yoxluğunu hiss edərək pis oluruq. Necə deyərlər, gedənin, itirilənin arxasınca baxmaq heç bir fayda verməz. Bəzən itirdiklərimiz bizə elə ağır zərbə vurur ki, uzun müddət onun təsiri altından çıxa bilmirik. Sevdiyin şəxsə onu necə sevdiyini göstərməyə cəhd etmə, cəhd etmək başlanğıcın ilkin mərhələsi ola bilər, ancaq başlanğıcın başlanmayan sonu da ola bilər. Sevdiyin insanlara onları necə sevdiyini, onları necə çox istədiyini göstər. Bu gün yanımızda olanlar sabah olmaya bilər.
Dəyərini itirmədən bilmək istəyirsənsə, vaxtında onu sev və bunu ona göstər.
Kiminsə gözünü arxada qoyma!