Həsən ilk öncə öz qüvvələrini bir yerə yığıb onlarla danışmağa
başladı.
- Mənim igidlərim, biz bu gün burada olmasaq,
bizim uşaqlarımız beşikdə rahat yata bilməz,
məktəbdə rahat oxuya bilməz. Əlbəttə bizim
atalarımız, babalarımız öz torpaqları uğrunda
mübarizə aparmasaydılar, vətən uğrunda qan
tökməsəydilər biz bu gün olmazdıq. Baxın! Bu
torpaqlar hansısa heyvanın əlində, onun tapdağı
altında ola bilərdi. Biz bu gün son qanımıza kimi
mübarizə aparmalıyıq ki, babalarımızın əziyyətini
yerə vurmayaq. Axı onların axan qanı əbəs yerə
tökülməmişdi. Qoy gələcəkdə bizim davamçı-
larımız bizim adımız gələndə fəxr hissi ilə
desinlər ki, baxın biz bu nəslin davamçılarıyıq.
Qorxmazıq, igidik, cəsuruq. Yoxsa adımız
çəkiləndə başlarını yerə dikməsinlər.