Yanıram, üzünə göz düşən zaman,
Uçuram, hər səndən söz düşən zaman!
Bağrımın başına köz düşən zaman
Nə ola, verəsən qar ovuc - ovuc.
Bu həyat gah yoxuş, gah da enişdi,
Yerimiz bəzən dar, bəzən genişdi.
Heç belə deyildim, bilməm nə işdi,
İcimdə bir atəş var - ovuc-ovuc...