Frans Kafta XX əsrin müxtəlif janrlarda yazan və bir ideoloji aspektə əsaslanmayan yazarıdır. Kitab Oxucu klubunda seçiləndə illər öncə "Milenaya Məktublar" kitabını yarım qoyduğumu xatırladım. Novella olaraq oxunula bilər, amma çox da bəyəndiyimi deyə bilmərəm. Ağır əsərlərdən sonra zehni rahatlıq üçün oxunula bilər.
Çalışın çevrilməyin.. Həyatda olduğumuz rolda insanlara lazımıq. Bir çevrilmə bəşəriyyətin sizdən üz döndərməsinə səbəb olur. Oxuyun getsin..
ÇevrilməFranz Kafka · Parlaq İmzalar Nəşriyyat · 2024267,5bin okunma
Qadın - bütün bəşəriyyətin yenidən doğulmasında rolu olan varlıq!! Möhtəşəm əsər, bu əsərin əsasında çəkilmiş müasir dövrü əhatə edən "Vətəndaş A" serialı. Həm piyesi oxuyub, həm də seriala baxmağı hər kəsə tövsiyyə edirəm
Alber Camü "Vəba" əsərini Covid-19 dan sonra oxuyanda bu kitaba gecikdiyimi düşünmüşdüm. Bu əsəri də bəyəndim.
Lev Tolstoyun " Edam məhkumunun son günü" kitabını xatırlatdı mənə bir hissədə.
Bütün bəşəriyyətə zamanla yadlaşan insanlığın duyğularını özündə təcəssüm edirdi kitab. Ailədən başlayan yadlaşma, cəmiyyətdən, arzulardan və Yaradandan uzaqlaşma ilə pilləli hissizliyə sürükləyirdi insanı. Hissisizləşdikcə, uzaqlaşdıqca, YADlaşdıqca insanlığın qınağına çevrilən Merso öz təfəkkürü ilə yaşamın hansı dəyərə malik olduğunu dəfələrlə hayqırırdı oxucuya. Camü ailədən başlayan soyuq iqlimin, ailədə özünə yer tapmayan bir gəncin cəmiyyətin içində özünə yol tapmağa çalışan, daha doğrusu çalışmamaqla kifayətlənən və soyuq, uyuşmaz birinə çevrilən gənci təsvir edirdi.
Ən sonda insanı oyadan o an "Ölüm" hissinin yaxınlığı ilə əslində özünün də cavab tapa bilmədiyi sualları cavabladı.
Sonunu oxucuya buraxması isə fərqli baxışlara, düşüncələrə və çelişkilərə səbəb olur.
"Ağlı olan hər şəxs bu və ya digər dərəcədə bir vaxt sevdiyi adama ölüm arzulayıb"
Alber Kamü "Yad"
Cəlil Məmmədquluzadə "Ölülər"
3-cü müzakirə kitabımızın olan bu kitabı oxuduqca öz uşaqlığımdan bu yana savadsız şəkildə, qulaqdan-qulağa ötürülən dini inancları və o inanclara necə əməl etdiyimi xatırlatdı. Hələ də çox ərazilərdə körpə qızların daha yaşlı insanlara ərə verilməsi, molla adı altında insanlara ağlına gələni danışıb inandıran "dindarların" möizələri, Allahın ucalığından çox sanki yaratdıqlarından asılı olduğunu irəli sürmələri və nələr nələr xatırlatdı.
Həqiqətən yaşamaq nəfəs almaqdan ibarət deyil. İdarə olunmaq, küt formada nələrsə yeridilməsi və araşdırmadan oxumadan boyun əymək yaşamaq deyil.
Bu sözləri sizə deməkdə elə xəyal eləməyin ki, mən sizi pisləyib, özümü tərif etmək istəyirəm. Yox, yox! Bunu bilirəm ki, mən heç bir şeyəm. Mən çöllərin otuyam, küçələrin torpağıyam, dağların daşıyam, kolların kosuyam, ağacların qurduyam. Mən dünyada heç bir şeyəm. Əgər mən bir şey olsaydım, cibimdən bir bomba çıxarıb (əlini uzadıb cibindən araq şüşəsinj çıxardır) bu evi bir saniyənin içində havaya dağıdıb, İsfahan lotusunu kərpiclərin altında diri-diri dəfn edərdim. Amma qorxmayın, mənim əlimdən elə şeylər gəlməz. Bu araq şüşəsidir və Şeyx Nəsrullah burada gecələr bu balaca uşaqları boğanda, mən bu şüşədə araq içirdim.
ÖlülərCelil Memmedguluzade · Qanun Nəşriyyatı · 01,270 okunma
Bir 2022 də oxuduğum kitabı, yaradıcısı olduğum Oxucu Klubunun oxurları ilə ilk müzakirə kitabı olaraq oxudum. Hər dəfəsində içimdə olan o adını bilmədiyim hissi tərpədir. Möhtəşəm kitabdır