Kir qəbul etdi, amma düşmənlə birbaşa qarşılaşmaq yerinə, ona bir oyun oynamağa qərar verdi. Massagetlər çox da lüks həyatı bilməzdilər.Kir çayı keçib Şərq tərəfdə çadır (kamp) qurduqdan sonra bol ət, ləzzətli yeməklər və sərt şərabın olduğu zərif bir qonaqlıq stolu qurdu. Sonra ən zəif əsgərlərini çadır yerində qoyub geridə qalanını çaya çəkdi. Geniş bir Massaget dəstəsi qısa müddət ərzində çadıra hücum etdi və şiddətli vuruşmada farslı (Əhəməni) hərbçilərini öldürdü. Sonra geridə qalanı möhtəşəm yeməklərin təsiri altına düşərək, doyunca yeyib-içdilər. Daha sonrada qaçınılmaz bir şəkildə yuxuya getdilər. Fars ordusu o gecə çadıra geri qayıtdı, yatan əsgərlərin bir çoxunu öldürdü və qalanını əsir aldı. Əsir alınanlar sırasında Tomrisin oğlu Spargapises adındakı gənc general da vardı.
1538-ci ildə anası Helenanın ölməsi ilə Çar IV İvan (və ya Qorxunc İvan) səkkiz yaşında yetim qaldı. Sonrakı beş il boyunca zadəgan sinfin ölkəyə qorxu salmasını izlədi. Aradabir gənc İvanı lağa qoyur, ona tac qoyur, əlinə əsasını verir və taxta çıxarırdılar. Balaca uşağın ayaqları taxtın kənarından sallanarkən qəhqəhələr içində onu alıb qucaqdan-qucağa tullayır, onlarla qarşılaşdırdıqda çarəsizliyini görməyini təmin edirdilər.
Uşağı Parisin ətrafında yaşayan dayənin yanına göndərdilər və bir müddət sadəcə unutdular.Balaca Şarl ömrünün ilk dörd ilini bu yad qadının yanında keçirdi.Qadın onun qayğısına çox az qalırdı.Bir dəfə evdən çıxarkən, o, uşağı hündür kamodun üstünə qoydu və orada tamamilə unutdu.Oğlan yıxıldı və ayağını elə güclü zədələdi ki, ömürlük şikəst qaldı, özü də elə axsayırdı ki, hər addım atanda onun bir tərəfi sərt şəkildə yana əyilirdi.
Sayfa 24 - Azərbaycan Milli Kitabxanası·Kitabı okuyor