Tural Nağızadə

Körpələrdə bağlanma nəzəriyyəsi
Aşağıda oxuduqlarınız 9-18 aylıq körpələrlə aparılmış "Yad mühit" eksperimentindən əldə edilmiş və beləcə bağlanma nəzəriyyəsinin əsasını qoyan nəticələrdir. Narahatedici: Bu körpə ana otaqdan çıxdıqda həddən artıq kədərlənir.Onu gördükdə sevinir, amma eyni zamanda da qəzəblidir.Sakitləşməsi vaxt istəyir.Sakitləşdiyində belə bu keçicidir.Bir neçə saniyə sonra anasını qəzəblə itələyər, qucağından enər və ağlamağa başlıyar. Güvənli: Güvənli körpə anası otaqdan qyrıldıqda gözlə görülür səviyyədə kədərlənir.Amma ana qayıtdıqda sevinir və onu qarşılamağa həvəsli olur.Anası yenidən otaqda yerini aldıqda rahatca özünü güvəndə hiss edər,sakitləşir və oynamağa davam edər. Qaçınan: Ana otaqdan çıxdıqda bu körpə heç bir şey olmamış kimi davranır. Döndüyündə heç bir şey olmamış kimi davranır.Ana qayıtdıqda hərəkətsiz qalmağa davam edər,ananı görməzdən gəlir və önəmsəmədən oynamağa davam edər.Fəqət bu görüntü,hekayenin tamını ortaya çıxarmaz.Əslində körpə nə sakit, nə də özünə hakimdir.Araşdırmaçılar bu körpələrin qəlb atışlarının,gərginliklərinin dərhal ifadə edən körpələrin ki qədər yüksəldiyini və eyni şəkildə kortizol (stress hormonu) dərəcələrinin artdığını aşkar etdilər.Xaricdən qamətini pozmur kimi görünsə də, qaçınan körpənin içində fırtınalar qopar.
Bağlanma
Bağlanma
Psikoloji
Eksperiment
Massachusetts Texnologiya institunun araşdırmaçıları Richard Held və Alan Heinin 1963-cü ildə pişik balaları ilə apardığı eksperiment.Eksperimentin məqsədi görmənin inkişafının sadəcə beynin fotonları qəbul etməsindən asılı olub-olmadığını müəyyənləşdirməkdir. Eksperimentdə,slindr şaquli şəkildə boyanmış, içinə iki pişik balası yerləşdirilmişdir. Hər iki pişikdə vizual stimulları qəbul edə bilirdi, ancaq bir pişik taxta qutunun içində hərəkətsiz bir şəkildə saxlanaraq hərəkət etdirilirdisə, digərində pişiyin yeriməsinə, hərəkətinə icazə verilir və bu şəkildə hərəkət etdirilirdi. Hər iki pişik də eyni sürətlə və eyni vaxtda hərəkət etdirilirdi və eyni görüntüləri görürdülər. Nəticə: yeriyərək hərəkət etdirilən pişiyin görmə bacarığı qutuda olan pişiyin görmə bacarığından daha yaxşı inkişaf etmişdi. Buda görmə bacarığının inkişafının sadəcə beynin fotonları qəbul etməsi ilə deyil, vücudun bütün qəbul etdiyi "informasiyalar"dan da bəhrələnməsi, onlarla əlaqələndirməsidir. Bu fotonların gördüyümüz şeylərin öz mənalarına uyğun şəkildə qəbul etməmizə, beynimizin gördüklərini daha uyğun şərh etməsi üçün buna ehtiyac duyduğunu sübut edirdi.
Beyin
Beyin
Alıntı
Edward de Verenin (William Shakespeare) məktubu
Məktubu 13 yaşında fransız dilində yazmışdır. Məktubda dəqiq bir şəkildə nə yazdığından əmin olmasam da, qısaca məktubda təşəkkür etdiyini, verilən öhdəliklərə minnətdarlıq duyduğunu və yerinə yetirəcəyini qeyd etmişdir.Kimə yazdığı haqqında heç bir fikrim yoxdur.
Dünya Tarihine Yön Veren En Etkin 100
Dünya Tarihine Yön Veren En Etkin 100
Edebiyat