Robert Greenein yazarı olduğu bu kitabda insanları şirnikləndirmə sənətindən bəhs edilir.Burada əsas olaraq qadın kişi münasibətlərinə toxunulub.Açıqcası kitabda taktikaların olduqca aydın və hekayələr,onların şərhi ilə izah edilməsi olduqca əladır.Dili asan və hər kəsin anlaya biləcəyi bir formadadır.Kitabın bütünlüklə elmiliklə əlaqəli olduğunu düşünmürəm.Bəzi yerlərdə məsələn Sigmund Freudun hələ elmi perspektivdə tam qəbul edilməyən,hətta tənqidlərə məruz qalmış nəzəriyyəsi ilə irəliləməsi bəzən məni məlumatların nə qədər doğru olduğu ilə bağlı şübhələrə saldı.Lakin ümumi aspektdə olduqca dolğun və doğru məlumatların və metodların verildiyini düşünürəm.Kitab şirnikləndirmə adı ilə biraz da manipulasiya öyrətdiyi üçün,kitabın biraz da təhlükəli məlumatlarla dolu olduğunu düşünmürəm deyil.
Kitab iki hissəyə ayrılır ilk öncə sizə şirnikləndirici insan tipləri,qurbanlardan bəhs edilirsə,ikincidə şirnikləndirmə yollarını sizə 4 mərhələyə (24 addıma) bölərək izah edir.Dediyim kimi məlumatları hekayələrlə (bəziləri real tarixi hadisələr,bəziləri əsərlər) dəstəklənir.Kitabı olduqca bəyəndim və həm şirnikləndirmə edə bilmək,həm də şirnikləndirmə adı ilə manipulasiyalardan qorunma yollarını öyrənmək üçün əladır.Kitabın sizi şirnikləndirməsinə,yoldan çıxarmasına icazə verməyin.Çünki o gücə malikdir
9/10