Mən bu nəticəyə gəlirəm ki, nəinki böyük adamlar, hətta adi vəziyyətdən lap azca kənara çıxan, yəni təzə bir söz deməyə qabil olan şəxslər də təbiət etibarilə mütləq az və ya çox dərəcədə cinayətkar olmalıdırlar. Yoxsa onlarçün adi vəziyyətdən kənara çıxmaq çətin olar.