Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Vəfa Hafiz

Vəfa Hafiz
@VafaPirMurad
•Şeir aşiqi, ədəbiyyat vurğunu...🩷 V.H Xəyyam da məndədir, Hafiz də məndə, Vaqif sevgisiyəm, Sabir səsiyəm!
Xəlil Rza Ulutürk
Xəlil Rza Ulutürk
#142201411
Mən bir nakam yazıyam alnında, ovucunda, Poza bilmir göz yaşın, yuya bilmir yağışlar. Asılıb barmaqlarım saçlarının ucundan - Ya bir ölüm hökmü kəs, ya ömürlük bağışla.... ...Gündüzlərim mürgülü, yuxularım qarışıq - Sən elə yerdəsən ki... Qoparıb atmaq olmur... Sən keçilməz yolların sonucunda bir işıq, Yollar düyünə düşüb, geri qayıtmaq olmur. Nə səndən ayrı qalmaq, nə sənə çatmaq olmur...
Reklam
Qəlbində uyut məni.
Kirpiyinin ucundan yıxılanda Tut məni... Bir damla göz yaşıyam Ovcunda ovut məni. Baxışlarım soyuq, lal, Ömrüm - cavabsız sual... Yatağım buz tutub, Al... Qəlbində uyut məni. Səsim səsində yaşar, Nəfəsim nəfəsində. Bir udum hava kimi Sinənə çək, ud məni...

Okur Takip Önerileri

Tümünü Gör
Mən üsyan edirəm ayrılıqlara, Mən üsyan edirəm həsrətə, Tanrım! İçimdə bu eşqin yarası dərin, Min yerdən çat verən qan damarıyam... İmkansız eşqlərin, qərib eşqlərin, Yetim sevdaların üsyankarıyam...
Vəfa Hafiz
Bir kitabı okumaya başladı
Sevgi Məktubları
Sevgi MəktublarıElçin Mirzəbəyli
0/10 · 0 okunma
Reklam
O, əsrin Leylası idi. Mən biləni elə Leyli kimi, nakam eşqini qəlbinin dərinliklərində dəfn edərək Leyli kimi bu dünyaya göz yumdu. Bircə deyə bilmədim ki, ey zəmanənin Leylası, fünuni-eşqi səndən dərs alanlar neçin sənin dərdinə qala, sənə bircə gün, bircə saat səadət verə bilmədilər?!
Zər qədrini zərgər bilər...
Sən onun qəzəllərini oxuyursanmı? Eşidir, başa düşürmüsən, ay bəxtəvər gəlin...
Tikilidən solmuş qızılgül çıxdı. Kağızda, Ağa, sənin iki qəzəlinin əlyazması, özü də öz dəsti-xəttinlə, bilirsən ki, sənin xəttini yüz xətt içində tanıyıram. Tutiya kimi gözlərimə sürtdüm, öpdüm, biri "gül" rədifli, digəri "istər" rədifli qəzəllər idi.
Dənizəm səndədir sahilim mənim, Bilirəm, sahillər qayasız olmaz. Çağır, uşaq kimi yüyürüb gəlim İstəsən həsrətdən nişanə qalmaz.
Nüsret Kesemenli
Nüsret Kesemenli
Şairin ürəyi telləndi: "İlahi! Hardasan, kimsən, nəçisən - bilmirəm... Qoy səni ərəb - Allah, erməni - Astvats, urus - Boq, türk -Tanrı adlandırsın... Kimliyini, bu əngin, füsunkar fəzanın hansı yerindədirsə, mövqeyini bilmirəm. Amma bu mütəbəssüm aləmi yaradan ulu qüvvət- sənə səcdə eləyirəm, sənə inanıram...
Reklam
- ...səndə də yaddaş var ha!.. Maşalla, namxuda, göz dəyməsin, harda bir nəzm eşitdin yadında qalır... - Hə... yaddaş deyil, Allah vergisidir...
18,5bin öğeden 16 ile 30 arasındakiler gösteriliyor.