Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Fəridə Vəliyeva

Fəridə Vəliyeva
@Valiyeffa01
Azərbaycan Dövlət Pedaqoji Universiteti
Bakı
Azərbaycan, 27 Ocak 2001
60 okur puanı
Mayıs 2021 tarihinde katıldı
"Əziz dostlar, mən bu gün həyatdan gedirəm..."
İnsanların hamısı ölür... daha bir ölüm nə əhəmiyyət kəsb edir ki?
Sayfa 414 - Qanun NəşriyyatıKitabı okudu
Reklam
Mən öz istəklərimə nail oluram, lakin şərəf mənim üçün ondan vacibdir. Mən rüsvayçılıq kölgəsi altında yaşamaqdansa, ölməyə üstünlük verərəm.
Sayfa 413 - Qanun NəşriyyatıKitabı okudu
Heç bir şübhə yoxdur ki, insan beyni hələ də dünyanın ən sürətli kompüterindən mükəmməldir.
Sayfa 406 - Qanun NəşriyyatıKitabı okudu

Okur Takip Önerileri

Tümünü Gör
Keşikçilərə bəs kim keşik çəkəcək?
Sayfa 184 - Qanun NəşriyyatıKitabı okudu
"Ulduzlara çatmaq mümkün deyil, əgər özünü natamam hiss edirsənsə...Və əgər can atdığın yerə düşmüsənsə, tam yüz faiz görkəmdə olmağa çalış!"
Sayfa 106 - Qanun NəşriyyatıKitabı okudu
Reklam
Maneələr olacaq, uğursuzluqlar olacaq, şəxsi və ümumi işinizin düşməni olan adamlar bəzən qələbə çalacaqlar - ancaq siz buna görə sönməyin! Ruhdan düşməyin! Heç vaxt, əllərinizi ümidsizlikdən yanınıza salmayın.
Sayfa 194 - Qanun NəşriyyatıKitabı okudu
Bütün həyat, bir böyük yarmarka teatrının səhnəsidir. Burada hər şey saxtadır: güzgü yerinə tənəkə parçası, mərmər yerinə rənglənmiş kağız, brilyant yerinə isə rəngli şüşələr işlənir.
Sayfa 179 - Qanun NəşriyyatıKitabı okudu
Milyonlarla insan ayrıca götürüləndə əqli və ruhi baxımdan kütdür. Qarınları üçün yaşayırlar. İşləməyə nifrət edirlər. Özlərinə vurğun, özbaşına, əxlaqi cəhətdən natəmizdirlər, ancaq başqalarının onları ağıllı, savadlı, təmannasız həyatın ideya üzrə qurucuları hesab etməsini istəyirlər.
Sayfa 177 - Qanun NəşriyyatıKitabı okudu
- Çünki insanlar qəhrəman deyillər. Onlar Yer adlanan böyük peyin qalağında eşələnən peyinqurdu, bütün işıqları görməyə gözü olmayan köstəbəkdirlər, çünki bu işıqlar onların gözlərini qamaşdırır. Adamlar şirin yalanlari sevir. Bütün nazirlər və rəislər onlara göstərilən yaltaqlığı sevirlər. Özləri kobud, zorakı, yırtıcı və tənbəl milçəklər kimidir, ancaq özlərinin müdrik, böyük, xalq atası adlandırılmasını istəyirlər.
Sayfa 177 - Qanun NəşriyyatıKitabı okudu
Hamı həyatın ağırlığından, əzabından, gətirdiyi uğursuzluqlardan danışır, ancaq heç kim bu həyatı lazım olduğu kimi qurmaq, daha yaxşı etmək üçün çalışmaq istəmir. Sanki hamımız həyata kənardan tamaşa edirik və hər şeyi mühakimə edən hakimlik səlahiyyətimiz var. Hamı böyük işlər, böyük insanlar, böyük sevinclər tələb edir, bu yanğıyla yaşayır, ancaq heç kim özünü və ətrafındakı həyatı heç olmasa adi bayağılığından, axmaqlığından və heçliyindən, heç olmasa bir millimetr yüksəyə qaldırmaq barədə düşünmək istəmir. İnsanlar vicdansız borclulara bənzəyirlər: hamılıqla, istənilən üsulla borclarını ödəməkdən boyun qaçırırlar.
Sayfa 164 - Qanun NəşriyyatıKitabı okudu
Reklam
İsa Məsih: "Allahı xatırla", "yaddaşını Allahın yüzlərlə mənası, xüsusiyyəti və hökmləri ilə doldur"- demirdi. İsa Məsih daima bunu öyrədir və təkrarlayırdı: sev, sev, sev! İnsanları sev! İstənilən insanı sev! Hər bir canlını sev! Bütün dünyanı sev: ağacı da, dağı da, çöldəki qum dənəsini də, göydəki ulduzu da sev. Hər şeyi sev! Hər şeyə həyat verəni sev! Tanrını və öz yaxınlarını sev - deyirdi İsa Məsih, - və bütün İlahi Qanunların, dinin və peyğəmbərlərin təliminin mənası da elə bu sevgidir. Sevgi, başqalarıyla bərk-bərk bağlanmaq duyğusu, ətrafımızda olanların hamısıyla vəhdət-bax, insanı, adamları, xalqları və insanlığı imana gətirən budur.
Sayfa 163 - Qanun NəşriyyatıKitabı okudu
Onlar dindən ölü inanc təlimi toplusu düzəldiblər. Dini hansısa bir dinin qrammatikasına, onun yüzlərlə qaydalarına, paraqraflarına və təlimatlarına çeviriblər. İncili özlərinin darıxdırıcı, cəfəng yozumlarıyla gözdən salıb, İsa Məsihin şəxsiyyətini, onun təliminin mahiyyətini bütünlüklə unudublar.
Sayfa 163 - Qanun NəşriyyatıKitabı okudu
Xalq kütlələrinin əsas və başlıca hissəsinin maariflənməməsi dövlətin bağışlanmaz günahıdır: bunun nəticəsində dövlətin öz-özünü qarət etməsi, dağıtması və təhqir etməsi baş verir.
Sayfa 133 - Qanun NəşriyyatıKitabı okudu
- Ölkə əhalisinin böyük hissəsinin cahil və kobud olmasına dözmək utanmazlıqdır. Mədəniyyət günəşinin işığıyla aydınlanan, gözləri açılan, savadlı insanlar üçün bu vəziyyətə laqeyd qalmaq bağışlanmaz və böyük cinayətdir. Dövlət özünü yuxarı mərtəbələrində hündür tavanı, geniş pəncərələri olan böyük və işıqlı otaqlardan ibarət, aşağı mərtəbələrində isə, qaranlıq, nəmli, darısqal zirzəmili, demək olar, pəncərəsiz otaqlı hündür qülləyə bənzətməməlidir.
Sayfa 133 - Qanun NəşriyyatıKitabı okudu
İnsan, onun dühası, xeyirxah iradəsi və müdrik ağlı təbiətin bütün qara qüvvələrindən güclüdür.
Sayfa 115 - Qanun NəşriyyatıKitabı okudu
251 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.