Yenə çiçək tutub çəməni, düzü,
Güllərin səndəndir söhbəti, sözü,
Bu mavi göyləri, mavi dənizi
De, necə yığıbsan, gözünə necə?!
Baxıb gül üzünə dan üzü gülər,
Dünya üzügülər, sən üzügülər,
Gözəllik önündə sınar güzgülər,
De, necə baxırsan, özünə necə?!