İkinci dünya müharibəsində fransız ordusunda döyüşən müsəlman əsgərlər haqqında çəkilmiş filmdir. Filmdə bizim də bir çoxlarımızın tanıdığı Fransa vətəndaşı olan müsəlman aktyorlar əsas etibarilə çəkilib. Müharibə dövründə Fransa ordusunun ən öndə savaşan və önəmli bir hissəsini təşkil edən müsəlman əsgərlərin haqlarının necə tapdandığı, məzuniyyət verilməməsi, məktublarının ailələrinə qəsdən çatdırılmaması, ön cəbhəyə göndərilmələri, rütbə verilməməsi və s. qeyd olunub. Fransa uğrunda canlarından keçən əsgərlərə sırf fərqli dinə mənsubdurlar deyə sosial təminat belə verilməyib. 2002ci ildə belə bir qanun çıxsa da Fransa hökuməti müsəlman əsgərlərə sosial müavinət verməkdən bu günə qədər imtina edir.