Yusif Feyzullayev

Yusif Feyzullayev

, bir kitap okudu
8/10
·316 syf.·
15 günde okudu
·
Okunma: 19 Ocak 2026 14:13
·
2026 2. kitabı
Siegfried Lenz
8/10 · 24 okunma
Reklam
Allah bircə səhv eləyib ki, bizi özünə oxşar yaradıb. İndi özü də bunun altını çəkir. Onunla nə barədəsə razılaşmayanda bizə borc verdiyi bilik və bacarıqlarla cavabını qaytarırıq. Şəxsən mən onun yerinə olmaq istəməzdim. Ancaq həmişə, hər yerdə Allahı müzakirə etmək olmaz.
Sayfa 302·Kitabı okudu
Ruh ölməzdir. Bəs ruhun həyatını yaşamış insanın ölməsi nə deməkdir? Ən yaxşı halda heç nə... Ancaq, hər halda, dünyanın yaramaz qayğılarından azad olmaq deməkdir.
Sayfa 181·Kitabı okudu
Qəribə səslənsə də, mən kişi kimi ölümə məmnuniyyətlə təslim olardım. Bu çox gözəl, həm də kişi məğlubiyyəti olardı. Sən müdafiə olunursan, ancaq tərpənə bilmirsən və hiss edirsən ki, qarşındakı səndən min dəfə güclüdür. Belə olan halda kim dolayı yollar axtarar, iyrənc müdafiə fəndlərindən istifadə edər ki, son anları mənasız yerə bir neçə saniyə uzatsın? Yox, deməyim budur ki, kişi olan kəs kişi kimi ölməyi də bacarmalıdır. Kim bunu bacarmırsa, deməli, kişi deyil...
Sayfa 171·Kitabı okudu
Mən həmişə it kimi tək olmuşam, ancaq bundan narazılıq etməmişəm, heç bir qadın da bəzənib-düzənib ətirlənərək yolumu gözləməyib. Özüm özümə bəs eləmişəm. Ancaq adam nə vaxtsa əlinə bıçaq alıb özünü yarmalı olur, bir iki uğurlu kəsikdən sonra başa düşür ki, o bıçağı heç vaxt əlindən yerə qoymamalıdır. Beləliklə də, bütün həyatı boyu özünü əməliyyat etməli olur.
Sayfa 95·Kitabı okudu
Reklam