Zakiya Jafarli

Zakiya Jafarli
@Zakiya
Copywriter
Baku, 4 Aralık 1996
15 okur puanı
Mayıs 2020 tarihinde katıldı
Problem səndə deyil. Həyat bəzən həqiqətən ağırdır.
9/10
·288 syf.··
Beğendi
·
2026 1. kitabı
·
46 günde okudu
·
Okunma: 19 Şubat 2026 10:21
Hyunam-Dong kitabevini oxuyarkən elə bil biri qarşıma oturub heç nə soruşmadan mənimlə susurdu. Nə məsləhət verir, nə “keçəcək” deyir, nə də ümid aşılayır. Sadəcə oradadır. Və bəzən insana ən çox lazım olan da budur, sağalmaq yox, başa düşülmək. Yeongju obrazını oxuyanda özümlə qarşılaşdım. Yorulmuş, amma niyə yorulduğunu izah edəcək sözləri qalmamış halımla. Onun həyatdan çəkilməsi dramatik deyil, sakitcə geri addımlamaq kimidir. Bu kitabevi mənim üçün daha çox dünyanın səndən heç nə gözləmədiyi bir yer kimidir. Kimsə səni tələsdirmir, heç nə sübut etmirsən. Sadəcə bir az dayanırsan. Kitab yavaşdır, amma bu yavaşlıq doludur. Oxuduqca insan öz yorğunluğu ilə üzləşir. Bitirəndə xoşbəxt olmursan. Amma yüngülləşirsən. Sanki biri sənə deyir: “Problem səndə deyil. Həyat bəzən həqiqətən ağırdır.” Və bəlkə də indi ən qiymətli olan şey özünə bir az daha incə davranmaqdır.
Duygu ve Düşünce
Hyunam-Dong KitabeviHwang Bo-reum · Athica Yayınları · 202415bin okunma