- Baxın, prinses, siyasi düşüncəsi olan adamın bəzən haqsızlıq, hətta ədalətsizlik edəcək qədər cəsarət göstərməsi də lazımdır. Bəli razıyam, ölkəmizə sülh ruslarla birlikdə gəldi. Lakin biz Qafqazlılar bu sülhü indi rusların köməyi olmadan da qoruyub saxlaya bilərik. Ruslar bizi biri-birimizdən qorumalarının gərəkliyini irəli sürərək buraya rus hərbi hissələri, rus çinovnikləri və rus qubernatoru göndəriblər. İndi, prinses, özünüz deyin, siz özünüzü məndən qorumalısınızmı? Mənim də Əli xandan qorunmam lazımdırmı? Bu yaxın keçmişdə biz Şuşanın yaxınlığındakı İsa bulağının başında əlvan xalçaların üstündəoturub dostcasına söhbət etmirdikmi? İran artıq bizimlə düşmən deyildir ki, Qafqaz xalqları ondan qorxmalı olsunlar. İndi düşmənimiz şimalda oturub və bizi inandırmağa çalışır ki, biz biri-birimizdən müdafiə olunmalı uşaqlarıq. Ancaq bizlər artıq çoxdandır ki, uşaqlığı arxada qoyub, uşaqlıq yaşından çıxmışıq