Zulfugar

Zulfugar
@Zulfugar
6/10
·208 syf.··
2026 8. kitabı
·
5 günde okudu
·
Okunma: 12 Nisan 2026 02:18
Hakan Günday-la və kitabları ilə hardasa iki il əvvəl tanış oldum və ilk başda elədə marağımı çəkməmişdi. Sonra Hakanın ilk böyük əsəri olan və (hər nə qədərdə özün yeraltı ədəbiyyat yazıçısı saymasada) və Türkiyədə tayı bənzəri az olan Kinyas ve KayraKinyas ve Kayra ilə tanış oldum. Oxuduqda kitabın özündən əlavə məndə ilk və tək fikir yarandı ; Bu insanın düşüncə və yazmaq tərzi çox fərqli və maraqlıdı. Gələk bu Zargana əsərinə. Zargana ilk öncə bir balıq növünün adıdır(bizim dildə iynə balığı). Əsərin baş qəhrəmanı olan Zargana uşaq vaxtı 4 nəfər tərəfindən təcavüz olunduqdan sonra özünü artıq insan kimi görmür və özünü axtarır yaşamı boyunca. Sonra bəzi insanlara bəlli miqdarda ödəniş edərək həyatının bəzi dönəmlərindəki özünün yaşadıqlarını bəzi insanlara senari ilə rol olaraq oynama əmri verir və beləliklə bu rollardan hansının əsl "Özü" olduğunu anlamağa çalışır. Kitabda belə bir mövzu keçir; "Uşaq vaxtı hamımız kimlərəsə özənib onlar kimi olmağa çalışmışıq". Mənə görə bu kitabdan bir nəticə çıxarmağ isə: Biz təcavüz və istismara məruz qalmasaq belə daima insan olaraq özümüzü axtarmağa və tapmağa çalışmışıq və düşünürəmki ömür boyu bu belədə davam edəcək. Hakanın kitabların da açıq səhnələr, təcavüz, homo-luq, narkotik istifadəsi və s. kimi üstü açıq və ağır mövzular var oxuyarkən bəzi oxucuları narahat edə bilər. Ona görədə bu yazıçının əsərlərin oxumamışdan qabaq araşdırıb sonra oxumanızı tövsiyyə edirəm.
ZarganaHakan Günday · Doğan Kitap · 20259bin okunma