Ələkbərli Aydan

Ələkbərli Aydan
@_Elekberli_
Tibb bacısı
Şamaxı
Azerbaycan, 24 Mayıs 2004
54 okur puanı
Ağustos 2023 tarihinde katıldı
10/10
·200 syf.··
Beğendi
·
2024 13. kitabı
Çox gözəl kitabdır. Sujet xətti möhtəşəm idi. Qatilin kim olduğunu əsərin başından düşünmüşdüm amma əsər elə irəlilədi ki, tapdığım qatili unutdum. Dedektiv romanı sevən hər kəsin sevərək oxuyacağı bir kitabdır.
Edebiyat & Roman
Pəncərədə Görünən KölgəElhan Elatlı · Nurlan Nəşriyyatı · 2015915 okunma
10/10
·400 syf.··
Beğendi
·
2024 12. kitabı
·
3 günde okudu
·
Okunma: 22 Eylül 2024 09:54
Şantaj! Gənc, təcrübəsiz bir qızın sevildiyini düşünüb, güvənərək özəl şəkillərini göndərməsilə başladı hər şey. Bir səhvi üzündən başına gəlməyən qalmadı. Bəlkə də, çox insan oxuduqca qızı qınayacaq amma mən qınamadım. Çünki sevgi görməmiş bir qızın tez bir zamanda birinə güvənməsi çox normal bir haldır. Ona sevgi göstərməyən "ata"dır hər şeydə günahkar olan. Bu kitab bizə çox aydın şəkildə bunu izah edir. Əgər doğrumuzla, yanlışımızla yanımızda olacaq biri yoxdursa biz hər zaman yalnızıq. Yalnız insan hər şeylə özü mübarizə aparmağa çalışır və o qədər çarəsiz hala düşür ki, yaşadıqlarından dəli olur. Sözün əsl mənasında dəli olur. Hər günahı evladında görən valideynlər,dönüb özünüzə sual verin mən nədə yanlış etdim deyə!
ŞantajElhan Elatlı · Teas Press · 0490 okunma
İnsanlıqdan uzaq
10/10
·120 syf.··
Beğendi
·
2024 10. kitabı
·
3 saatte okudu
·
Okunma: 27 Temmuz 2024 18:49
Kitab çox möhtəşəm idi. Qaraqan deyə tanınan yazıçımız Elxan Zeynallının oxuduğum ilk əsəri idi. Kitabda insanların necə vicdanının itdiyindən, təbəqəsindən asılı olmadan insanlıqlarını itirmiş şəxlərdən danışılır. Kitabı oxuduqdan sonra özümə baxışım dəyişdi. Bu bir örnək kitab oldu mənə. Yazıçımızı alqışlayıram.
Mələk
Mələk
Qaraqan
Qaraqan
MələkQaraqan · Qanun Neşriyyatı · 20242,004 okunma