Ələmdar anlaya bilmirdi ki,iyirmi iki yaşlı bu cavan qızda belə qəddarlıq haradandır.Psixoloqlar deyirdilər ki,uşaqlıqda kimdənsə qəddarlıq görənlər böyüyəndə belə olurlar.
O,qəribə bir halda gülümsəyərək düşündü:"Bir gör nə kimi işə əl atmaq istəyirəm,özü də belə boş şeydən qorxuram...Hə!...Bəli...Hər şey adamın öz əlindədir,ancaq o şeyin ki,adam yanından ötüb keçir,əhəmiyyət vermir-buna yalnız qorxduğu üçün edir...bu sübuta ehtiyacı olmayan bir həqiqətdir...