Xoşbəxt!...Ələmdar özü öz fikrinə acı-acı gülümsədi.Baxır,kim necə başa düşür xoşbəxtliyi.Məltəmin həbsxananın qarşısında dediyi "Amma..." sözünü xatırladı.Elə bu "amma'lar idi adamların,doğurdan da,xoşbəxt olmağına mane olan..
Ondan çox yaxşı dost ola bilərdi...Düzdür,deyirlər,kişi ilə qadının dostluğu tutan şey deyil,amma yalan sözdü bu!Yüz nəfər ikiüzlü,təmənnalı,gərəksiz kişi dostdansa belə qadın daha yaxşıdır.