Pəpi

Pəpi
@_NP_
Müəllimə
Bakı
Göygöl, 6 Haziran 1989
165 okur puanı
Ocak 2019 tarihinde katıldı
8/10
·816 syf.··
Beğendi
·
2019 57. kitabı
·
8 günde okudu
·
Okunma: 23 Eylül 2019 23:03
Dreiser qələmini sevdiyim klassik yazarlardan ən öndə gələnidir.Onun yaratdığı unudulmaz, ölməz qəhrəmanlar insanı daima nəyisə sorğulamağa sövq edir.Bu əsəri də oxuyanda hadisələrin bu cür cərəyan etməsində, Klaydın faciəsində əsl günahkarı axtarırsan.Klaydın ailəsi, ətrafı yoxsa cəmiyyətdirmi əsl günahkar? Əgər Klayd doğru-düzgün ailə tərbiyəsi alsa yenə də bu faciə baş verərdimi görəsən? Mənim fikrimcə, bəli, baş verərdi. İradəsi zəif olan,daima şan-şöhrətə,var-dövlətə meyl edən Klaydın Bertinadan xoşu gəlmirdi, ancaq əgər Bertina onu sevsəydi, Klayd da onu sevərdi.Hələ əsərin əvvəlində izləyərək bacısını tapanda düşündükləri, Qortenziyaya jaket almaq üçün anasına pulunun olmadığını söyləməsi, Robertaya qarşı münasibəti məni dəhşətə gətirdi. Biraz uzun yazılmasına baxmayaraq çox təsirli əsərdir.
1000Kitap
Amerika FaciəsiTheodore Dreiser · Qanun Neşriyat · 2018150 okunma