Eynullayeva

Eynullayeva
@__Huseynova
Arxasınca getməyə cəsarətiniz varsa,bütün xəyallarınız gerçək ola bilər
Öğretmen
ADPU
27 Eylül 2002
142 okur puanı
Nisan 2021 tarihinde katıldı
9/10
·112 syf.··
Beğendi
·
2021 30. kitabı
•Mənzum-romantik dramaturgiyamızın banisi olan Hüseyn Cavid yaradıcılığından növbəti əsər.. ~"İblis" mənzum faciədir və Hüseyn Cavid bu faciəni 1918-ci ildə qələmə almışdır. Əsərdə müharibələrin törətmiş olduğu faciələr öz əksini tapmışdır. Ancaq bu müharibə səhnələrində heç bir reallığa yer verilməyib... ~Hüseyn Cavid "İblis" mənzum faciəsi ilə hərbə uymuş insanlığın faciəsini göstərməklə bəşəriyyəti bu bəladan xilas olmağa çağırmışdı... ~Əsərdə Arif obrazı diqqəti cəlb edir. O, həqiqət axtarışında olan obraz idi, amma onun xarakterində sonlara yaxın ziddlik yaranır. Belə ki, həqiqət axtarışında olan Arif obrazı kamil insana yox, qatilə çevrilir. Xavərin və qardaşı Vasifin qatilinə çevirilir. Əsərdə mifik obraz kimi İblis də iştirak edir. Onun sözü diqqəti cəlb edir, deyir ki, əsl günahkarlar iblis deyil, elə insanların özləridir... ~|Əsər İblisin monoloqu ilə bitir və bu monoloq Hüseyn Cavidin fəlsəfi düşüncələrinin yekunu kimi diqqəti daha çox cəlb edir: " İblis nədir? -Cümlə xəyanətlərə bais... Ya hər kəsə xain olan insan nədir? -İblis!.."
İblisHüseyn Cavid · Qanun Nəşriyyatı · 20191,098 okunma
10/10
·128 syf.··
Beğendi
·
2021 27. kitabı
·
2 saatte okudu
·
Okunma: 23 Ağustos 2021 10:46
"İtlər insanın ən sadiq dostudur.." mükəmməl detaysan Hachiko.♥︎♕︎ Hachiko sahibi Ueno ilə birlikdə hər gün stansiyaya gedir. Hachiko sahibinin qayıdacağı vaxtı bilir və hər dəfə eyni saatda onun yolunu gözləyir. Amma bir gün... Hachiko nə qədər gözləsə də, Professor Ueno gəlib çıxmır. Sizcə, it ölümün nə olduğunu anlayar və ya siz ona bunun nə demək olduğunu başa sala bilərsiz? Təbii ki, yox. Sırf buna görə Hachiko hər gün eyni vaxtda, eyni yerdə Stansiyaya gedib sahibini gözləyir, beləliklə 10 il keçir... Hachiko ölür, onun gözlədiyi Stansiyada Hachikonun heykəli qoyulur... Yasuo sevdiyi qıza bu heykəlin qarşısında evlilik təklif edir. Hal-hazırda bu hadisə Yaponiyada adət halını almışdır. İnsanlar sevgilərini, sədaqətli olduqlarını Hachikonun heykəli qarşısında sevdiklərinə etiraf edirlər. Bir növ "Hachikonun sahibinə bağlı olduğu kimi sənə bağlı olacam" demək istəyirlər...♡︎ Hachiko ilə sahibi arasında olan bağlılığı hiss edib, təsirlənməmək qeyri-mümkündür.. "Hachiko bize hiçbir zaman vazgeçmemeyi öğretti, bize sadakati ve bağlılığı öğretti. Umudu ve inancı öğretti. Sabri ve sorumluluğu öğretti. Ama hepsinden öte, Hachiko bize arkadaşlığın gerçek anlamını öğretti.♡"
HachikoLeslea Newman · Yakamoz Yayınları · 20202,625 okunma
10/10
·104 syf.··
Beğendi
·
2021 26. kitabı
·
6 saatte okudu
·
Okunma: 16 Ağustos 2021 16:22
•Hüseyn Cavid yaradıcılığından növbəti əsər..Şairin 1925-ci ildə yazmış olduğu "Topal Teymur" əsəri 5 pərdədən ibarətdir. Cavid müharibəyə, ədalətsizliyə olan kəskin baxışını bu əsərində diqqətə çatdırıb. Müharibəyə nifrət edən yazıçının əsərinin ideyası kimi də elə məhz müharibəyə bəslənən nifrəti göstərə bilərik... •Xüsusi olaraq qeyd etmək istərdim ki, müharibəyə olan kəskin baxışını diqqətə çatdıran yazıçı ilə əsərdəki Şair Kirman obrazı arasında yaxınlıq hiss etdim. Çünki əsərdə Kirman Teymurdan qorxmur və həqiqətləri açıq şəkildə Teymurun üzünə vurur. Yazıçımızın da əsərindən göründüyü kimi belə cəsarətli olduğuna şübhə yoxdur. Əsərdə həm də qardaş xalqların müharibəsi öz əksini tapıb.. •"Peyğəmbər"də olduğu kimi "Topal Teymur"da da Cavid tarixi şəxsiyyət və tarixdən alınmış hadisələrə toxunub. Ortaq cəhət kimi onu da qeyd edə bilərəm ki, Cavid "Peyğəmbər"də Məhəmməd Peyğəmbəri, "Topal Teymur"da isə Teymuru ideallaşdırdığı üçün günahlandırılmışdı.. •Tarixi hadisələri, Tarix fənnini çox sevdiyim üçün əsər çox axıcı gəldi mənə..♡ Hüseyn Cavid bu gözəl əsərini, belə gözəl cümlələrlə yekunlaşdırıb: "Əgər dünyanın zərrə qadar dəyəri olsaydı, Yığın-yığın insanlara ucu-bucağı yoq məmləkətlərə..sənin kibi bir kor bənim kimi bir topal müsəllət olmazdı!"
Topal TeymurHüseyn Cavid · Elm Nəşriyyatı · 2010115 okunma
success
9/10
·128 syf.··
Beğendi
·
2021 19. kitabı
·
3 günde okudu
·
Okunma: 18 Temmuz 2021 17:08
Hər birimiz həyatımızda müəyyən nailiyyətlər əldə etmək, uğur qazanmaq istəyirik. Bunun üçün çox çalışmaq lazım olduğunu da bilirik. Amma bəzən uğursuz olduğumuz zaman beynimizi aldadır və bəhanələr gətiririk, hər şeyi qismətə, taleyə bağlayırıq. "Çox çalışdım, amma qismət beləymiş", sözünü demək qədər asan heç nə yoxdu. Halbuki, həqiqətən istəsək, həqiqətən əzmli olub mübarizə aparsaq, əldə edə bilməyəcəyimiz heç bir şey yoxdur.. Qismət, tale deyə bir şey var düzdü, amma hər kəsin taleyi öz əlindədir. Daim özünü inkişaf etdirən insan, öz taleyini çox gözəl qura bildiyi halda, bəhanələrlə yaşayan insanlar bu uğursuzluğa da bəhanə gətirib qismət deyirlər. Bu kitabda bizə elə onu öyrədir. "Necə uğur qazanmalı?" 3 kəlimə ilə ifadə etsəm deyə bilərəm ki, "Bəhanələrdən uzaq ol..."
Necə Uğur QazanmalıJafar Subhani · Shining Sun · 201013 okunma
9/10
·160 syf.··
Beğendi
·
2021 25. kitabı
·
5 saatte okudu
·
Okunma: 11 Ağustos 2021 16:11
Hüseyn Cavid, bildiyimiz kimi, ədəbiyyatımızda mənzum-romantik dramaturgiyanın banisi olub. 1923-cü ildə yazmış olduğu "Peyğəmbər" dramında H.Cavid tarixi şəxsiyyətlərdən bəhs edib və tarixi hadisələri qələmə alıb.. Qeyd edim ki, bu mövzuya şair 1925-ci ildə yazdığı "Topal Teymur" dramında da toxunmuşdur.. H.Cavid "Peyğəmbər" dramında tarixi mövzuya müasir mövqedən yanaşmışdı... Dram "Bisət", "Dəvət", "Hicrət" və"Nüsrət" adlanan 4 pərdədən ibarətdir. Xüsusi olaraq bir faktı da qeyd etmək lazımdır ki, şair "Peyğəmbər" dramında Məhəmməd Peyğəmbəri ideallaşdırdığı üçün günahlandırılıb. Bundan əlavə Əsərdə Ərəbin dediyi sözlərə münasibət bildirmək istərdim. Əsərdə Ərəb Deyir ki: "Xayır, bən oğuldan başqa Evlad istəməm,istəməm. Qız və qadın insanmı ya?" Halbuki düşünməsi gərəkən əsas məsələ odur ki, istədiyi oğlan övladını dünyaya gətirən, ona həyat bəxş edən, insan deyil deyə vurğulamış olduğu qadındır:) İnsanın müqəddəslik mərtəbəsinə yüksələ bilməsindən bəhs edən dram əsəri olduqca maraqlı idi...♡
PeygamberHüseyn Cavid · Berikan Yayınevi · 2001137 okunma