Həyat,Hiss etdiyin və olduğun vəziyyətdir. Ətrafındakı insanlar gah azalar, gah da çoxalar, fərq etməz, neçə-neçə insan gələr-keçər. Həyat - zərərsiz yol getməkdir. Nə kimsəyə zərərin dəysin, nə də kimsənin sənə. Daim kamilləşməkdir, daha yaxşısını özün üçün istəmək və etməkdir. Sevgi ilə yanaşmaq, sevgisiz heç yaxınlaşmamaqdır. Həyat - öz üzərinə düşən məsuliyyətdir, heç kim sənin əvəzinə onu necə doğru yaşamaq lazımdır bilə bilməz. Həyat - köməksiz, asılılığın olmadan sağ qalmaqdır, təkcə özün üçün istədiklərini bacara bilməkdir. Fərq etməz kimdir ailən, varmı övladın, varmı dostların? Həyat - tək başına qalmağı gözə almaqdır. Əgər bu dünyada hər bir şəxs tək başına özü ilə qalıb, öz varlığının məsuliyyətini tamamı ilə öz əllərinə ala bilsə, yalnız özünə cavabdeh olsa, özü özünü yaşada bilsə, insanlar arasında heç bir münaqişə baş verməz.
Həyat - mövcud olmaq deyil, yayaşamaqdir....📖🕊