Zeyneb Azimova

Zeyneb Azimova
@__zeyneb__
Teacher
Baku State University
Baku
Baku
226 okur puanı
Ocak 2021 tarihinde katıldı
10/10
·512 syf.··
Beğendi
·
2024 17. kitabı
·
4 günde okudu
·
Okunma: 25 Ekim 2024 00:00
Hər kəsə salam Əsər dövrünün nüfuzlu şəxslərindən olan Cahandar ağanın Allahyarın arvadı Mələyi qaçırması ilə bağlayır. Mən əsərin mövzusundan çox obrazlar haqqında fikirlərimi bildirmək
Dəli Kürİsmayıl Şıxlı · Əli və Nino Nəşriyyatı və Qanun Nəşriyyatı · 20141,109 okunma
10/10
·224 syf.··
Beğendi
·
2024 16. kitabı
·
6 günde okudu
·
Okunma: 22 Ekim 2024 11:39
Kitabı çooox sevdim. İlyas Əfəndiyevin əsərləri elə gözəl incə duyğular yaşadır ki Yazıçı əsərlərində, əsasən zəhmət adamlarını təsvir edir. Onların böyük ümidlərlə ölkənin gələcəyi üçün çalışması və bütün bunları sevgi ilə etməsi, ailənin, dostluqların, sevgilərin, qonşuluğun, ən əsası da insanlığın bu qədər qiymətli olmasını çoox sevdim. Müəllifin, demək olar ki, bütün əsərlərində bunu hiss etmişəm və belə zamanlarda kaş o dövrdə olsaydım dediyim çox olub Əsərdə universiteti yeni bitirmiş Nuriyyə işləmək üçün kəndə göndərilir. Kəndə gəldikdə insanların ona olan rəftarı, onu öz doğmaları kimi görmələri kimsəsiz qıza çox gözəl təsir edir. Qapısı bağlı qalmış Mədəniyyət evi, kitabxana onun gəlişi ilə tamam başqa cür olur Nuriyyə bu kənddə bir sürprizlə də qarşılaşıram. Lakin bunun qarşısında duruşu və iradəsi ilə bir qadının nə qədər güclü və nəcib ola biləcəyini göstərir Əsərdə çox sevdiyim bir nüansı da paylaşmaq istəyirəm. Bəzən avara, bacarıqsız dediyimiz insanlar əslində elə bacarıqlı olur ki, insan inana bilmir. Bu səbəbdən insanın sevdiyi işdə çalışması çox gözəldi. İnsanın cəmiyyətə faydalı olması üçün mütləq universitet bitirməyə ehtiyacı yoxdu. Hansı işi ediriksə edən, sevgi, vicdan və məsuliyyətlə etməyimiz əsasdı Məncə, bu, hər kəsin oxumalı olduğu bir əsərdi. Əgər oxumusunuzsa, sizin də fikirlərinizi öyrənmək xoş olardı. Kitabla qalın
Söyüdlü Arxİlyas Efendiyev · Qanun Nəşriyyatı · 20201,303 okunma
10/10
·423 syf.··
Beğendi
·
2024 14. kitabı
·
3 günde okudu
·
Okunma: 17 Ekim 2024 00:00
Bildiyiniz kimi Səfəvilər dövlətinin qurucusu olan Şah İsmayıl Xətai həm də çox gözəl bir şair idi. Həm siyasətdə, həm də ədəbiyyatda yeniliklər etmişdi Lirik və epik növdə əsərlər yazan şair divan ədəbiyyatına heca vəznini gətirmiş, əsərlərini həm əruz, həm də heca vəznində yazmışdır. Xətai şeirlərini üç dildə - azərbaycan, ərəb və fars dili də yazmışdır. Ana dilində "Nəsihətnamə" və "Dəhnamə" məsnəviləri vardır. Əsərlərində sufi, səfəvi-qızılbaş görüşləri də təbliğ olunub. Məhəbbət mövzulu əsərləri, təbiətə həsr olunmuş şeirləri yaradıcılığında əhəmiyyətli yer tutur Bu kitabda şairin qəzəlləri, heca və əruz vəznində şeirləri, bayatıları, "Nəsihətnamə" və "Dəhnamə" əsərləri yer alır
Seçilmiş ƏsərləriŞah İsmail Hatayi · Kitab Klubu · 20163 okunma
10/10
·436 syf.··
Beğendi
·
2024 13. kitabı
Ə.Haqverdiyev mollanəsrəddinçi yazıçılardan idi. Əsərlərini tənqidi realizm üslübunda yazırda. Kitabda yazıçının nəsr əsərləri, "Marallarım" silsilə hekayələri və bir neçə dram əsəri - "Ağa Məhəmməd Şah Qacar", "Pəri cadu", "Ac həriflər" yer alır. Əsərlərinin dili sadə və axıcı, mövzusu maraqlı və olduqca gözəl idi. Burada cəhalət, yalançı din xadimləri, öz mənfəətlərini güdən dövlət adamları və s. tənqid hədəfinə çevrilir. Burada ən sevdiyim hekayə və dram əsərini seçmək olduqca çətindi. Amma "Ata və oğul" əsəri mənim üçün təsirli idi. Hər birinizə bu əsəri oxumağınızı tövsiyə edirəm Kitabda sevmədiyim nüans isə şriftlərin çox kiçik olması və fonetik səhvlər idi. Təəssüf ki, Kitab Klubu nəşriyyatında belə səhvlərlə çox qarşılaşmışam. Amma öz ədəbiyyatımızın belə gözəl əsərlərini nəşr etmələri isə təqdirəlayiqdi🩵
Uca Dağ BaşındaƏbdürrəhim bəy Haqverdiyev · Kitab Klubu Nəşriyyatı · 20167 okunma
10/10
·600 syf.··
Beğendi
·
2024 12. kitabı
·
6 günde okudu
·
Okunma: 31 Mayıs 2024 00:00
Kitabda ilk alleqorik dram - Çay dəsgahı, ilk tragikomediya - Ölülər, Qarabağ mövzusunda ilk pyes - Kamança və digər dram əsərləri, hekayələri, şeirləri yer alır C.Məmmədquluzadə əsərlərində dövrünün eybəcərliklərini əks etdirmişdir. Cəhalət, "din xadimlərinin" insanları aldatması, avam insanların fırıldaqçılara inanması, qadın hüquqsuzluğu, vəzifəli şəxslərin xalqa əziyyəti və s. mövzular çox gözəl şəkildə işlənmişdir Yazıçının ən sevdiyim dram əsəri "Ölülər"di. Əsərdə cəmiyyətin qanayan yaralarını elə gözəl təsvir etmişdir ki. Saxta din xadimləri, avam insanlar, hüquqları tapdalanmış qadınlar, zorla evləndirilən qızlar və bütün bunların o dövrdə dinlə əlaqələndirilməsi... İskəndərin monoloqu isə sanki o dövrün insanlarına vurulan bir şillə idi "Anamın kitabı" əsərini də çox sevirəm. 3 qardaşın fərqli ölkələrdə təhsil aldıqdan sonra xalqından, millətindən uzaqlaşdığını göstərir. Əsər dövrümüzlə də çox səsləşir. Elə insanlar var ki, fərqli ölkənin mədəniyyətini qəbul etdikdən sonra ölkəsinə, xalqına, dilinə xor baxır. Mənə görə, belə insanlar oxumuş cahillərdir Ən çox təsir edən əsər isə "Danabaş kəndinin əhvalatları" idi. Bir balaca vəzifəyə gəlmiş şəxsin etdiyi əməllər neçə-neçə insanın həyatını məhv etdi Ən sevdiyim komediya isə "Dəli yığıncağı" oldu. Xüsusən, sonu həm təəccübləndirdi, həm də təsirləndirdi Kitabı çox sevsəm də, yazılarının kiçik olmasını sevmədim. Amma müəllifin əsərləri mütləq oxunmalıdır
Seçilmiş ƏsərləriCelil Memmedguluzade · Bakı,Kitab Klubu Nəşriyyatı · 2017136 okunma