"Mənim üçün, sevgi insanın yaşadığı boyu gördüyü ən gözəl yuxudur. Hökmən "Səninlə bu gözəl yuxudan heç ayılmamaq diləyi ilə adam!", deyə biləcəyin biri olmalıdır həyatında."
"Hər kəs özünə görə haqlıdır. Əlbət hər kəs istər özü haqlı olsun, amma sən səhvlərini belə görəcək mənəviyyatlı insanlardansan. Bir şans daha verməli olacaqsan vicdanını rahatlaşdırmaq üçün. Bu da sən fərqi, ruhunun fərqliliyi..."
"Sən - hər kəsin xaricdən gördüyü,hər kəsin hərəkətlərini,xarakterini dəyərləndirdiyi,qiymətləndirdiyi,sadəcə və sadəcə zahirdən, uzaqdan necə görünür, o olan "sən"sən. Sən gözü ilə, saçı ilə, əli-qolu ilə hamının eynisi olan sənsən, sən sadəcə bir cisim olan "sən"sən.
Bəs ruh?
Ruh - heç kimin görmədiyi, sadəcə özünə aid olan, heç vaxt heç kimə açıq-açıq danışa bilməyəcəyin,izah etmək istəsən belə izah edə bilməyəcəyin, tərifi olmayan bir geyimsiz cisimdir. Ruhun tərifi olmadığı üçün onu lap dərinlərdə axtarmaq lazımdır, qəlbdən, vicdandan keçmək lazımdır, qəlbin yolunu tapan, vicdanını sızlatmayan biri ruhunu da asanlıqla tapıb, özünə layiq tərif verə bilər. Hər kəs ruhu ona göstərildiyi qədər görür, ona sunulduğu qədər."