O gözlərini açdı. Arturun əllərini əlinə aldı. Ona bir qədər şübhə ilə baxıb soruşdu:
-Axı siz kimsiniz? Niyə hər gün buradasınız?
Artur dərhal hər şeyi başa düşdü. Ürəyi sancdı, ancaq şəfqət və məhəbbətlə gülümsəyərək cavab verdi:
-“İndi sizə deyəcəyim şeyi bilirəm ki, başa düşmək o qədər də asan deyil, qəbul etmək qeyri- mümkündür, ancaq əgər başıma gələnləri diqqətlə dinləsəniz və mənə etiınad göstərsəniz, bəlkə də mənə inanarsınız. Bu isə çox önəmlidir, çünki siz heç özünüz də bilmirsiniz ki, dünyada bunu paylaşa biləcəyim yeganə insansınız.”
Artur palataya daxil oldu və Lorenin yanında oturdu. Loren yatırdı. Artur əllərini onun saçlarında gəzdirdi və nəvazişlə alnını oxşadı.
-Sənin səsinə o qədər ehtiyacım var ki, - dedi.
"Artur, həyatımızdakı şübhə və seçim bizim hisslərimizi titrədən iki gücdür. Heç bir vaxt unutma ki, ancaq bu titrəyişin yaratdığı harmoniya dəyərlidir".