O gözlərini açdı. Arturun əllərini əlinə aldı. Ona bir qədər şübhə ilə baxıb soruşdu:
-Axı siz kimsiniz? Niyə hər gün buradasınız?
Artur dərhal hər şeyi başa düşdü. Ürəyi sancdı, ancaq şəfqət və məhəbbətlə gülümsəyərək cavab verdi:
-“İndi sizə deyəcəyim şeyi bilirəm ki, başa düşmək o qədər də asan deyil, qəbul etmək qeyri- mümkündür, ancaq əgər başıma gələnləri diqqətlə dinləsəniz və mənə etiınad göstərsəniz, bəlkə də mənə inanarsınız. Bu isə çox önəmlidir, çünki siz heç özünüz də bilmirsiniz ki, dünyada bunu paylaşa biləcəyim yeganə insansınız.”
Artur palataya daxil oldu və Lorenin yanında oturdu. Loren yatırdı. Artur əllərini onun saçlarında gəzdirdi və nəvazişlə alnını oxşadı.
-Sənin səsinə o qədər ehtiyacım var ki, - dedi.
"Artur, həyatımızdakı şübhə və seçim bizim hisslərimizi titrədən iki gücdür. Heç bir vaxt unutma ki, ancaq bu titrəyişin yaratdığı harmoniya dəyərlidir".
Əgər həyatın bir ilinin nə demək olduğunu anlamaq istəyirsənsə, bu sualı ilin sonunda imtahandan kəsilən tələbəyə ver. Həyatın bir ayını uşağını vaxtından əvvəl doğan və onu qucağına ala bilmək üçün inkubatordan çıxmasını gözləyən anadan soruş. Həyatın bir həftəsini ailəsinə çörək pulu qazanmaq üçün zavodda və ya şaxtada işləyən fəhlədən soruş. Həyatın bir gününü bir-birilə görüşəcək sevgililərdən soruş. Həyatın bir saatını liftdə qalmış klaustrofobiyadan əziyyət çəkən adamdan soruş. Həyatın bir anını maşın qəzasından salamat qurtarmış adamdan və ya bütün həyatını qızıl medal qazanmaq üçün idınanla məşğul olmuş, ancaq olimpiada yarışları zamanı gümüş medal qazanmış idmançıdan soruş. Həyat özü bir sehrdir..