"Artur, həyatımızdakı şübhə və seçim bizim hisslərimizi titrədən iki gücdür. Heç bir vaxt unutma ki, ancaq bu titrəyişin yaratdığı harmoniya dəyərlidir".
Əgər həyatın bir ilinin nə demək olduğunu anlamaq istəyirsənsə, bu sualı ilin sonunda imtahandan kəsilən tələbəyə ver. Həyatın bir ayını uşağını vaxtından əvvəl doğan və onu qucağına ala bilmək üçün inkubatordan çıxmasını gözləyən anadan soruş. Həyatın bir həftəsini ailəsinə çörək pulu qazanmaq üçün zavodda və ya şaxtada işləyən fəhlədən soruş. Həyatın bir gününü bir-birilə görüşəcək sevgililərdən soruş. Həyatın bir saatını liftdə qalmış klaustrofobiyadan əziyyət çəkən adamdan soruş. Həyatın bir anını maşın qəzasından salamat qurtarmış adamdan və ya bütün həyatını qızıl medal qazanmaq üçün idınanla məşğul olmuş, ancaq olimpiada yarışları zamanı gümüş medal qazanmış idmançıdan soruş. Həyat özü bir sehrdir..
Bu sehrli bank hər birimizdə var: bu, zamandır. Xərclənən pullar isə ötən anlardır... Hər səhər oyananda biz bir gün üçün 86 400 saniyə həyat krediti alırıq, axşam yatarkən isə sabaha heç nə qalmır. Bizim gün ərzində xərcləyə bilmədiklərimiz isə itirdiklərimizdir. Hər səhər bu sehr yenidən təkrarlanır və biz həyatın 86 400 saniyəsini alır, bu qaçılmaz oyunu oynayırıq: bank istədiyi an bizi xəbərdar etmədən hesabımızı bağlaya bilər; hər an həyat bitə bilər. Elə isə biz günümüzün 86 400 saniyəsi ilə nə etməliyik? Həyatımızın anları isə dollardan az əhəmiyyətli deyil.