Amma bir şey mütləq aydındır ki,sevirsinizsə, deməli, qısqanmısınız.Məncə , buna şübhə etmək yersizdir. Maraqlı olan sadəcə budur ki, bu qısqanclıq hissi sizdə nə dərəcədə güclü olub .Sevginizə duz-istiot qatıb dadlandıracaq qədər az, yoxsa zəhər qatıb sevginizin də ,sevdiyinizin də, elə sizin özünüzün də qatilinə çevriləcək qədər çox? Məndə çox idi, həddindən artıq çox...
Ölümün yalnız yoxolma,əbədi yuxuya getmə olduğu aydınlaşsa,o zaman ondan heç kəs qorxmaz. Lakin ölüm məchuldur və məchul olduğu üçün də qorxunc və vahiməlidir.