Xoşbəxtliyin üzərinə bu qədər gedilməz, qurban olum, bir az etinasız olmağı, istədiyini oğrun-oğrun, gizli gizli istəməyi öyrənəcəksən və ömrünün ən səssiz, ən duru vaxtında gəlib elə bir fəlsəfəyə çatacaqsan ki, üzünü bütün ləzzətlərə tutub səmimi-qəlbdən deyə biləcəksən:
Olsanız, nə gözəl, olmasanız da, eybi yox.
Dostoyevski:
- Bilirsən Anna insan sonda yenə öz arzusunu sevir, arzuladığını yox.
Anna:
- Necə yəni?
Dostoyevski:
- Məsələn Xristofor Kolumb Amerikanı tapanda xoşbəxt deyildi, onu axtararkən xoşbəxt idi.