Hacı deyirdi ki, assosiasiya dəyişməlidir, dindar deyiləndə ilk ağıla gələn şey təsbeh, saqqal və sair olmamalıdır.
.
.
.
İndi dindar deyiləndə, insafən, ağlınıza ilk olaraq nə gəlir? Bu "ilk" çox mühümdür. Bir vaxt xəyal edin ki, dindar deyiləndə ağıla elm gələcək, qüdrət gələcək, tərəqqi gələcək, ləyaqət gələcək, ədalət gələcək və sair və ilaxır. Deyəcəklər ki, dindardırsa, demək, ölər, ancaq haqqı nahaqqa verməz, deyəcəklər ki, dindardırsa, demək, ondan ciddi nəsə öyrənmək olar.
Birinə kömək edirsənsə, bu o demək deyil ki, necə gəldi edə bilərsən. Adamın qəlbini, mövqeyini, şəxsiyyətini və bir çox digər şeyləri nəzərə almayacaqsansa, götür o yardımı, çırp divara!
Müdriklər demiş, doğru yol heç vaxt düz yol deyil, kələ-kötürdür, çala-çuxurdur, ziqzaqlıdır.
Şeyx Bəhayi də eynən buna işarə edirdi: "Qaşın düzlüyü onun əyriliyindədir". Qayda belədir. Hamar yoldan doğru yol çıxmaz! Yolunuz şüşə kimidirsə, doğruluğundan şübhələnin.