Sən güləndə ellərə
Al günəşli yaz gəlir.
Çəmənlərə, çöllərə,
Söhbət gəlir, saz gəlir.
Sən güləndə yamaclar,
Bağlar ətir qoxuyur,
Çiçəklənir ağaclar,
Şən bülbüllər oxuyur.
Sən güləndə, sevgilim,
Bütün oba, el gülür,
Meşə gülür, çöl gülür,
Dağdan axan sel gülür.
Sayfa 47 - Avrasiya press