Sarrie.a

“Əlbəttə, ana oğlan övladının hər nazı ilə oynayıb, hər an onun qulluğunda durmamalı, onu ərköyün böyütməməlidir. Belə eləsə, oğlu böyüyüb ailə quranda həyat yoldaşının timsalında “ana modeli” yaradaraq ondan eyni münasibəti tələb edər, bu tələbi yerinə yetirilməyəndə isə zorakılığa əl atar…”
Sayfa 49·Kitabı okudu
Her çiçeğin bir mevsimi, her kitabın bir zamanı vardır. Haziranın tadını yeni hikâyelerle çıkarın.

Sarrie.a

, bir kitap okudu
Puan vermedi·380 syf.·
8 günde okudu
·
2025 7. kitabı
Elhan Elatlı
8.2/10 · 114 okunma
“Əgər bir oğlan uşağı körpəliyindən başlayaraq uşaqlıq və yeniyetməlik çağlarında anasından doyunca sevgi görməyibsə, ananın öpüşlərini, nəvazişlərini doyunca dadmayıbsa, belə oğlan böyüyəndən sonra tanış olduğu qızla tam səmimi, dərin bir münasibət qurmaqda çətinlik çəkir. Bütün sevgisini yalnız bir qadına vermək belələrində əsla alınmır. Çünki uşaqlıq dövrlərindəki sevgi boşluğunu doldura bilmirlər və istəsələr də, doldura bilməzlər. Belə adamlar “bəsdir” deyə bilmirlər. Öz sevgililəri olduğu halda, istəyirlər ki, başqaları da onları sevsinlər…”
Sayfa 49·Kitabı okudu
“Əgər bir oğlan uşaqlıqda anasından kifayət qədər sevgi görmürsə, böyüyəndə onun sevgi məsələlərində mütləq ciddi problemlər yaranır. Bu cür insanlar hətta yaşlaşanda belə əks cins nümayəndələrinin onları bəyənməsini, tərifləməsini istəyirlər. İstəyirlər ki, ətraflarındakı bütün qızlar onlara aşiq olsunlar…”
Sayfa 49·Kitabı okudu
“Uşaqlıqda alınan psixi travmalardan biri də uşağın öz valideynlərindən lazımi qədər sevgi görməməsidir.”
Sayfa 48·Kitabı okudu