Bütün neqativ halların baş vermə səbəbi insanın özgüvənini aşağı salan insanla tanışmasıdır. Bir vaxtlar öyündüyün xüsusiyyətlərindən artıq zəhlən getməyə başlayır. Sən sən olmaqdan çıxıb onun səndə yaratdığı keyfiyyətləri daşıyırsan. Hər hansı mövzuda mübahisə düşdüyü zaman günahkar sən olmadığın halda üzr istəyən tərəf də sən olursan. Bu durumdan zəhlən gedir, içini sıxan narahatlıq düşüncələrinə qarışıb yox olur. Çünki fikirlərin sənə onu itirməməlisən deyir, əslində məntiqli düşünsən asılı deyilsən ondan, amma o olmasa nəsə pis bir şey olacaq kimi hiss edirsən, yox bunu beynin uydurmayıb. O sol tərəfindəki var ya, hər nəfəs aldığında döyünən, bax o yox, onun içindəki insan uydurub, yəni bütün neqativ halların baş vermə səbəbi olan insan..