Afag Mammadova

Afag Mammadova
3/10
·206 syf.··
2024 63. kitabı
İstə… Ürəkdən, içdən, inanaraq istə və istəklərinə çatacaqsan. Kitab ümumi olaraq, bu fikirlərdən ibarətdir. Psixologiya tərəfdən baxsaq, bəli, hər şey beyində başlayır və orada bitir. Bir şeyləri xəyal edə biliriksə, demək ki, artıq düşüncə səviyyəsində bəzi sərhədləri aşa bilmişik. Düşüncəmizdə olanları davranış olaraq etdikdə isə istəklərimizə çatmaq ehtimalı daha çoxdur. İstəklərimiz, xəyallarımız ola bilər. Amma onlar üçün hərəkətə keçməsək, elə istək/xəyal olaraq qalacaqdır.
Rezonans KanunuPierre Franckh · Koridor Yayıncılık · 202525,8bin okunma
Reklam
Puan vermedi·250 syf.··
2023 10. kitabı
·
2 saatte okudu
·
Okunma: 02 Şubat 2023 11:33
Volkan Sönmez yeni kəşf etdiyim müasir yazarlardandır. “Fırsatçı” “Tek başına” və “Yalancı” kitablarını bir biri ilə bağlı süjet xətləri və obrazları olduğu üçün sıra ilə oxumağınızı tövsiyə edirəm.Uzun müddətdir ki, bir kitabı səsli şəkildə gülərək oxumamışdım :D Bəs kitabın (kitabların) mövzusu nədir? 3 fərqli həyatı, fərqli xarakterlərdə, fərqli şəraitlərdə yaşayan 3 obraz. Hər 3nün istədiyi tək şey var. Daha rahat və yaxşı yaşamaq. Bunu kim istəməz ki? Bəziləri bunu insanları aldadaraq, sonra da vicdan əzabı çəkmədən başını yastığına rahat şəkildə qoyub yataraq edər, bəziləri insanların xoş davranışlarından istifadə edərək, hər hərəkəti, davranışı fürsət bilərək edər, bəziləri isə dürustlüyünü, humanistliyini nə olursa olsun, qoruyub çalışaraq edər. Bəs hansı öz məqsədinə çatacaq? Kitabdan xüsusi bir gözləntiniz olmasın. Rahat, axıcı, əyləncəli (absurd komediya da sezdim) və sürpriz sonlu)) bir kitabdır.
Tek BaşınaVolkan Sönmez · 2022699 okunma
Puan vermedi·160 syf.··
Beğendi
·
2023 3. kitabı
·
3 günde okudu
·
Okunma: 11 Ocak 2023 00:00
Nihan Kayanın məqalələrini, yazılarını davamlı şəkildə izləyən və oxuyan biri olaraq kitab mənə təkrar gəldi, amma yenə də kitabı sevdim. Əsas mövzu : yenə də uşaqlar və onlara yaxşı davranaq. Kitab üzdən fərqli görünsə də, məzmun olaraq eyni yola çıxaran fərqli qadınların hekayələrindən ibarətdir. Uşaqlıq və gənclik illərində yaşadıqları mənəvi istismarlar, şəxsiyyət kimi yetişməsinə maneə olan amma toplum tərəfindən normal kimi qəbul edilən məsələləri göstərir. Məncə hər kəs oxumamalıdır :D Əsasən də, yeniyetmələrin oxuması onlarda daha çox aqressiya yaradacağını düşünürəm, həmçinin kompleks travmatiklər üçün ağır kitab ola bilər. Ümumilikdə kitab maraqlı və dərindir. Amma Nihan Kaya kitablarına başlamaq istəyirsinizsə, bundan başlamamağınız tövsiyə olunur.
Seni Feda EtmeyeceğimNihan Kaya · Eksik Parça Yayınları · 2021716 okunma
Puan vermedi·466 syf.··
Beğendi
·
2022 80. kitabı
·
7 günde okudu
·
Okunma: 28 Aralık 2022 00:00
Psixoloqlar da insandır… Yazar/psixoterapevt Lori Qottlib psixoterapiya otağında baş verənləri, kənardan nə qədər ideal görünsə də, psixoloqların hər bir normal insan kimi həyatında çətinliklərin ola biləcəyini və ən əsası bunun son olmadığını çox qəşəng şəkildə təsvir edib. 6 fərqli həyat, fərqli keyslərdən ibarət kitabın dili çox sadədir. Kitabda elmi faktlar, araşdırmalara da yer verilib. Hər bir kliyentin hekayəsini, terapevtik yanaşmaları bəyəndim. Əslində terapiya necə baş verir (reala yaxın idi, mədəniyyət fərqlərini nəzərə alaq) bu barədə məlumatlanmaq istəyirsinizsə, rahatlıqla oxuya bilərsiniz. Lakin unutmamaq lazımdır ki, bu proses hər kəsdə fərqli şəkildə baş verir. Hər şey kitabdakı kimi olmaya da bilər :)
Belki de Biriyle KonuşmalısınLori Gottlieb · Hep Kitap Yayınları · 2021256 okunma
Puan vermedi·272 syf.··
2022 64. kitabı
·
25 saatte okudu
·
Okunma: 19 Ekim 2022 10:02
Mövzu ilə bağlı bir çox kitabları oxumağımın məsələyə daha aydın baxmağıma kömək etdiyini düşünürəm. Emosional aclıq (boşluq) və ya sevgi doyumsuzluğu, bunların səbəbləri- aşağı yuxarı eyni məsələlərə toxunulur. Mövzuların qısa başlıqlarda toplanması, izahı, müxtəlif keyslərlə nümunə göstərilməsi və s. bunları bəyəndim. Müəlliflə razı olmadığım bir neçə məqam var idi. Onları çıxsaq, ümumi olaraq kitab maraqlıdır və axıcı dili var. Kitabın sonunda valideynlər üçün uşaqların yaşlarına uyğun olan oyunlara da yer verilmişdir.
Karnı Tok Ruhu Aç ÇocuklarFazilet Seyidoğlu · Destek Yayınları · 202187 okunma