Həmişə bir insan digərini axtarır və gözləyir. Bu iki nəfərin yolları kəsişəndə, gözləri baxışanda keçmiş də, gələcək də öz mənasını itirir, yalnız bircə o an, o dəqiqə mövcud olur və dünyadakı hər şeyin bir əllə yazıldığına inanırsan.
Bax mən xurma yeyirəm və deməli, başqa bir şeylə məşğul deyiləm. Gedirəmsə, deməli yalnız gedirəm, başqa heçnə etmirəm. Əgər döyüşmək lazım gələcəksə, onda başqa günlər kimi, həmin gün də ölmək üçün əlverişli olacaq. Çünki mən nə keçmişdə nə də gələcəkdə yox, indi yaşayıram və məni yalnız bu an maraqlandırır. Əgər sən həmişə indidə qala bilsəydin, onda ən xoşbəxt adam olardın.