• Azadlıq nədir?
    Azadlıq anlayışını necə qavrayırıq?
    Azad insanın konkret tərifini verə bilərikmi?
    Bu suallar ətrafında saatlarla diskussiya aparmaq, onlarla kitab yazmaq mümkündür. Amma bu yazıda mənim məqsədim azadlıq haqda ətraflı diskussiya açmaq, mövzu ətrafında polemika yaratmaq deyil. Haqqında yazacağım romanı qavramaq üçün, sadəcə ekzistensialist dünyagörüşünün azadlıq və azad insan haqda irəli sürdüyü bir neçə məqama toxunacağam.
    Ekzistensializmə görə insan heç bir kənar təsir altında qalmadan, təbii şəkildə, sosial zərurətin təsiri altında formalaşan əşya kimi çıxış etmədən, seçimləri ilə, özünü formalaşdırmaqla azadlığı əldə edə bilər. Azad insan etdiyi hərəkətlərə, atdığı addımlara, davranışlarına görə məsuliyyət daşıyır. Azad insan şərtlər nə olursa olsun, heç bir halda məsuliyyəti boynundan atmır, özünə bəraət qazandırmır.
    Ekzistensializm XX əsrdə fəlsəfədə yeni dünyagörüşü yaratmaq cəhdi kimi meydana gəlmiş irrasionalist, subyektiv idealist fəlsəfi cərəyanlardan biridir..

    ***

    Türk ədəbiyyatında ekzistensializmin (varoluşçuluk) iki nəhəng nümayəndəsini xatırlatmaq yerinə düşər: Yusif Atılqan və Oğuz Atay. Hər ikisi Kamü və Sartr qədər Azərbaycan oxucusuna tanışdır. Ədəbi mühitdən və ədəbi tənqiddən kənar gəzib, həyatının böyük hissəsini kənddə yaşayan Yusif Atılqan "Anayurt oteli” və "Avara adam” romanları ilə türk ədəbiyyatında yeni bir istiqamətin banisi hesab oluna bilər. Oğuz Atayın ilk romanı "Tutunamayanlar” çap olunduğu dönəmdə kifayət qədər diqqət çəkməsə də, türk ədəbiyyatında postmodernizmin ilk müjdəçilərindəndir.


    ***




    Bu yazıda Müasir Türkiyə ədəbiyyatından ətraflı bəhs etmədən, romanları ilə kifayət qədər tanınan və sevilən Hakan Gündayın "Kinyas və Kayra” romanından bəhs etmək istəyirəm. Günday 1976-cı ildə doğulub və yazdığı romanlar bir çox mükafatlara layiq görülüb. Türkiyədə kifayət qədər populyar olmaqla yanaşı, yaradıcılığı dünya oxucusuna da tanışdır. Bildiyim qədər, H. Gündayın bir neçə romanı Azərbaycan dilində də nəşr olunub. Təəssüf ki, müəllifin ona böyük şöhrət gətirən və 2000-ci ildə Türkiyədə nəşr olunan ilk kitabı, "Kinyas və Kayra” hələ də ölkəmizdə nəşr olunmayıb.


    ***


    "Kinyas və Kayra” romanı haqda zövqünə güvəndiyim kitabsevərlərdən maraqlı fikirlər eşitdiyim üçün, on ay öncə bu kitabı əldə edib oxumağa qərar verdim. 18 il öncə nəşr olunmuş səs-küylü bir türk romanını on ay öncə etsəm də, ilk oxumaq cəhdlərim uğurlu olmadı. Qış aylarında nə qədər cəhd etsəm də, 100 səhifədən (Kitabın "Doğan Kitap”da 115. 000 tirajla çap olunmuş 55-ci nəşri 531 səhifədir.) artıq oxuya, kitabla "səmimiyyət” qura bilmədim və təbii ki, "Kinyas və Kayra” digər kitablarımın arasına qarışıb unuduldu. Bu tip kitablar ümumiyyətlə "ağır” oxunur və düzgün məqamda müraciət etmədikdə mütaliə prosesi bezdirici olur. Bu yaxınlarda təsadüfən qarşıma çıxan romanı yenidən oxumağa qərar verdim və… nə qədər təəccüblü olsa da, bu cəhdimdə üç günə bitirdim. Kitabın təsirindən çıxıb yazıya başlamaq isə bir günümü aldı. Deməli, oxumaq üçün münasib şəraiti gözləmək şərtdir. Romanı oxumaq istəyənlər üçün: "Kinyas və Kayra” sakit və "yüklənməmiş” beyinlə, diqqətlə və fəhm edərək oxunmalı romanlardandır. "Kinyas və Kayra”nın mütaliəsi məni kifayət qədər yorsa da, kitabı bitirdikdən sonra altından xətt çəkdiyim cümlələrə, səhifələrin kənarına etdiyim qeydlərə baxlarsa zövq aldığımı dana bilmərəm.


    ***


    "Kinyas və Kayra” romanı 3 kitabdan – fəsildən ibarətdir: Birinci kitab – "Kinyas, Kayra və həyat”, İkinci kitab – "Kayranın yolu”, Üçüncü kitab – "Kinyasın yolu”.
    Günday "Kinyas və Kayra” romanında həyata baxışları fərqli iki dostun, ekzistensialist düşüncələrini, başlarına gələn qəribə macəraları və əhvalatları nəql edir. İlk baxışdan roman yeniyetmələr üçün əyləncəli ola biləcək açıq-saçıqlığı ilə diqqət çəkir. Eyni zamanda müəllifin həddindən artıq təkrarçılığı sizi yora bilər. Pozitiv tərəfindən baxsaq bunun üslubla bağlı olduğunu düşünə bilərik. Eyni zamanda Gündayın ilk qələm təcrübəsi olduğu üçün, bunu naşılıq kimi qiymətləndirmək də olar.
    Amma bütün dünyaya asi olan obrazların azadlıq, həyat, varlıq, dünya haqda ekzistensial düşüncələri kifayət qədər maraqlı və ciddi şəkildə təqdim olunur. Obrazların başına gələn macəralar nə qədər "qurma” olsa da, fəlsəfi düşüncələri kifayət qədər maraqlı və düşündürücüdür. Bütün üstün məziyyətləri və tənqid olunmalı məqamları ilə "Kinyas və Kayra” çox maraqlı "fiction” nümunəsidir.
    Obrazların Afrikadan Türkiyəyə qədər uzanan şiddət, zorakılıq, qumar, cinayət dolu, özlərini axtarmaqla keçən həyatları onların gündəlikləri şəklində təqdim edilir.
    Romanın əsas obrazlarından birinin – Kayranın – "Zippo” markalı alışqanın üstünə yazdırdığı "Taedium vitae” (lat. Həyatdan bezmək, məqsədsiz yaşamaq, həyatdan yorulmaq mənalarında işlədilir) söz birləşməsi əslində bütün romanı və hər iki obrazı çox gözəl ifadə edir.
    Uşaqlıqda yolları birləşən, 21 yaşlarında evdən qaçan, özlərini Kinyas və Kayra adlandıran dostlar səkkiz ildir dünyanın müxtəlif yerlərində qaranlıq bir həyat yaşayaraq özlərini axtarmaqla məşğuldurlar.

    ***
    Kinyas və Kayra bir-birinə nə qədər zidd düşüncədə olsalar da, aralarındakı bənzərliklər də zaman-zaman özünü büruzə verir. Məsələn, hər ikisi yaşadıqları dünyanın əxlaq və azadlıq anlayışına istehza edir, insanların zəkasını, düşüncələrini qəribə və anlamsız hesab edirlər. Ən böyük ortaq özəllikləri hər ikisinin mükəmməl sayıla biləcək, qayğıkeş ailələrindən uzaq qaçması, yalan danışmağa meylli olmaları və azadlığı kütlədən fərqli şəkildə anlamalarıdır. Dünyanın ən qaranlıq qitəsində – Afrikada saysız hesabsız qətllər törədən, narkotik ticarətindən, qaçaqmalçılıqdan, cinayətdən, zorakılıqdan çəkinməyən bu iki gənc cəmiyyətin qəbul etdiyi əxlaqi qaydaları və nizamı pozmaqdan zövq alır. Afrikada başlayan cinayət dolu macəralar Meksikaya qədər uzanır. Meksikadakı dəbdəbəli və qanlı həyatdan bezib birlikdə yola çıxdıqları ilk yerə, vətənlərinə qayıdırlar. Və Türkiyədə onların yolu birdəfəlik ayrılır. Daha doğrusu keçmiş həyatına qayıtmaq istəyən Kinyas Kayranı tərk edir.


    ***

    Romanı oxuduqca mənə elə gəldi ki, roman bir obrazın iki fərqli "mən”i arasındakı amansız savaşdan bəhs edir. Əminəm ki, çoxları bu qənaətə gəlib və gələcək. Çünki Kinyas və Kayra bir-birindən ayrılana qədər, daha doğrusu Kinyasın Kayranı atıb getməsinə qədər hər ikisi "zehni ölüm”ü arzulayır və bunun üçün birlikdə hərəkət edirlər. Amma mənim fikrimdəki xəyali obrazın birinci "mən”i (Kinyas) AİDS kimi qorxulu xəstəliyə tutulsa da, cəmiyyətə, ailəsinin yanına qayıtmağı seçir və buna qismən müvəffəq olur. Kayra isə qanlı cinayətlərinə davam edər, Afrikanın ucqarlarına çəkilərək öz "zehni ölüm”ünü gözləməyə qərar verir. Bu iki "mən” arasındakı mübarizədə qalib və məğlub yoxdur. Həm Kinyas, həm də Kayra özünü haqlı hesab edə bilər. Çünki yuxarıda qeyd etdiyim kimi: "Azad insan şərtlər nə olursa olsun, heç bir halda məsuliyyəti boynundan atmır, özünə bəraət qazandırmır”.



    ***

    Anarxist və pessimist ruhuna baxmayaraq "Kinyas və Kayra” romanını əldə edib oxumağı kitabsevərlərə tövsiyə edirəm.
    Təəssüf ki, Hakan Gündayın yaradıcılığı ilə əhatəli tanışlığım yoxdur.
    Sadəcə "Kinyas və Kayra” romanını, bir neçə müsahibəsini və əsərlərindən parçaları oxumuşam və onun ssenarisi ilə çəkilən "Şəxsiyyət” serialını izləmişəm. Oxuduqlarımdan və izlədiklərimdən gəldiyim qənaət müsbətdir. Ehtimal ki, müəllifin digər əsərlərini də əldə etməyə çalışacağam.
    Hər halda mənə elə gəlir ki, 3 universiteti yarımçıq tərk edib, yazıçı olmağı seçən Hakan Günday qazandığı şöhrətə və populyarlığa layiqdir və elə uğurları da təsadüfi deyil.
  • Müslüman bir devlet adamında bulunması gereken özelliklerin hepsine sahip, Fatih Sultan Mehmed'in cihat anlayışını, Kanuni Sultan Süleyman'ın adalet anlayışını, Sultan Abdülhamid Han'ın milli ekonomi ve siyaset anlayışını kısacası Osmanlı ecdadımızın yüzyıllardır uyguladığı devlet ve ümmet anlayışını herşeyi pahasına savunan bir siyasî deha...

    Dünyada zulüm nizamını yayan, herşeyin kendilerini için yaratıldığını düşünen yahudi ve masonları, Zulüm düzenini yaymak için kurdukları siyonizmi, Müslüman ülkelerin zenginliklerine sahip olmak için kurdukları sömürü düzenini ve bu amaç doğrultusunda müslüman ülkelerden eksik olmayan terörizm belasının aslında kaynağının aynı olduğunu çok iyi analiz eder bir lider...

    Kalkınmak için, kapitalist ekonominin kölesi olmamak için iğne ipliğinden ağır savaş makinelerine, yerli tohum üretiminden tank uçak üretimine kadar her konuda yerli üretime, milli ağır sanayiye ne kadar önem verdiğini ve bu uğurda ne mücadeleler verdiğini ve hangi komik gerekçelerle batı hayranı devlet adamlarımız tarafından nasıl engellendiğini anlatan müthiş bir kitap...

    Avrupa Birliğini şiddetle reddeden, adil dünya düzenini kurmak için bütün insanlığa kucak açabilecek bir islam birliğinin gerekliliğine değinen ve bunun için birçok girişimde bulunan ve çabalayan bir islam aşığı...

    (Kendi yorumum: Keşke Erbakan hoca o zamanların Türkiye'sinde değilde şimdi olsaydı. Keşke Cumhurbaşkanımızın şu anda sahip olduğu güç Erbakan hocada olsaydı ve ya Cumhurbaşkanımız, Erbakan hocanın istikametine tam bağlılıkla devam edebilse öyle zannediyorum ki herşey çok çok farklı olurdu.)
  • . Bəzi mənbələrdə roman haqqında yazıblar ki, onun bestsellerə çevrilməsi, hətta həmin dövrdə ölkəsində daha məşhur olan Umberto Ekonun "Qızılgülün adı" romanının populyarlığına yaxınlaşmasında tənqidlərin rolu böyük olub. Ədəbi prosesin inkişafında dəyişiklikləri sevən tərəflər romana şah əsəri kimi baxdıqları halda, başqa tərəflər əsərə skeptik yanaşıb, onu bayağı, qoca qarının mətbəx təxəyyülüylə öz nəvəsinə yazdığı sentimental məsləhətlərdən başqa bir şey olmadığını vurğulayıb, məyus olduqlarını bildiriblər. Bəlkə də bütün bu tənqid və şübhəli yanaşmalar əks effekt verib və romanın satış sayı "Qızılgülün adı" romanının satış liderliyinə yaxınlaşıb. Nəticə olaraq Susanna Tamaro kitab bazarında sensasiya edə bilmiş yazıçılardandır. Bəs yaxşı, onun bu əsərini bu qədər populyar edən səbəblər nədə idi?
    Əsər gündəlik-məktub formasındadır. 80 yaşlı qadının Amerikaya təhsil almağa getmiş və iki ay ərzində özü haqqında xəbər verməyən nəvəsinə məktubdan ibarətdir. Uzun məktuba həm də vəsiyyətnamə, xeyir-dua məktubu da demək olar. Əsərin qəhrəmanı həyatla bağlı suallara metafiziki və fəlsəfi cavablar axtarır və cavablamağa çalışır. Əsərdə hadisələr kəsişir, kəsilir, sonra yenidən başlayır. Həm keçmiş, həm indiki zaman, həm də gələcək həyatın gözlənilməz dəyişiklikləri içərisində təhlil edilir. Süjet xətti xronoloji olmayaraq inkişaf edir. Oxucu hadisələri qəhrəmanın şüuru prizmasından görür, obrazları, təsəvvürləri, təqdim olunanları onun nöqteyi-nəzərindən qəbul edir. Oxucunun qarşısında Olqanın uşaqlıq illərindən yaşlılıq dövrünə qədər keçmiş həyat xatirələri canlanır.
    Əsərdə hər hissə yeni yazıyla başalyır və belə yazılar demək olar ki, gündəlik davam etdirilir. Yeni gün, yeni əhval-ruhiyyə, düşüncələr, xatirələr...
    Romanın obrazlar sistemi mürəkkəb deyil; mərkəzdə baş qəhrəman Olqadır, məktublar da onun şəxsindən yazılır. Yerdə qalan digər obrazlar Olqaya bağlıdır, çünki romanda paralel inkişaf edən əlavə süjet xətti yoxdur. Bütövlükdə, obrazlar sistemi ailə (ana, ata, həyat yoldaşı, qız, nəvə) çərçivəsindən kənara çıxmır. Olqanın sevgilisi Ernosto və romanın sonlarına yaxın Olqanın dini fikirlərini nizama salan Tomas Ata obrazı istisnadır. Maraqlı tərəfi budur ki, ailəyə daxil olmayan obrazlar Olqanın ruhən yenilənməsinə və dəyişməsinə, hadisələri başqa cür dərk etməsinə səbəb olurlar, həyat boyu sorğuladığı suallara cavab tapmaqda dolayısıyla rol oynayırlar.
    Romanda kəskin konfliktə rast gəlmədim. Ana və qızının münaqişəsi konflikt kimi görünə də bilər. Ancaq bu konfliktdən çox insanın daxili ziddiyyəti, narazılıqları, həyatda öz yerini axtarışını xatırladır. Deyə bilərik ki, konflikt qəhrəmanların daxili dünyasında qarşımıza çıxır.
    Araşdırmaçılara görə romanın "Ürəyinin apardığı yerə get" mərkəzi ideyası bizləri A.S.Ekzüperinin “Balaca Şəhzadə” nağılına aparır. "Əlvida! -tülkü dedi. -Sənə deyəcəyim sirr bax budur, qulaq as. O, çox sadədir; yalnız ürəklə yaxşı görmək olur. Ən əsas şeyləri gözlə görmək olmur". Burda başları həmişə "ciddi işlər"ə qarışmış böyüklər ittiham olunur. Böyüklərlə uşaqlar müqayisə edilir. Uşaqlar nəyi axtardıqlarını bilirlər, böyüklərsə heç vaxt nəsə tapa bilmirlər, "gözləri kor olub", çünki ürəklə axtarmırlar. Ürəklə axtarmaqsa başqadır. Onda hətta adi bir qızılgül, yaxud su damlası da xoşbəxtlik gətirə bilər. Bunun üçün sadəcə ürəyi açmaq və dünyaya uşaqların gözüylə baxmaq kifayətdir. Çünki uşaqlarda hələ yalan, hiylə, ikiüzlülük yoxdur, onlar daxillərində hislərini boğmurlar və s.
    Marağımı çəkən məsələlərdən biri də yazıçının əsəri 37 yaşında yazdığı halda hələ yaşamadığı və təcrübədən keçirmədiyi 80 yaşlı qadın obrazı yaratmasıydı. Təbii olaraq bunu yazıçının uşaqlığında üzləşdiyi çətinliklərlə əlaqələndirmək də olar. 1972-ci ildə zəlzələ stresi yaşaması, 1979-cu ildə ölümcül xəstəlikdən dönməsi də Suzannanın mənəvi yetişməsinə səbəb olmuş faktorların olması mümkündür. Yazıçılğa da bu hadisələrdən sonra başlamışdır. Təsadüfi deyil ki, əsərləri matəm xarakterlidir. Romanlarının qəhrəmanları əsasən ölüm ayağına gəlmiş obrazlardır. Olqa da belə obrazlardan biridir.
    Romanın dili olduqca sadədir. Ağır fəlsəfi problemlər "Balaca şahzadə" nağılındakı kimi sadə şəkildə təqdim olunur.
    Son olaraq, bütün bu metafiziki və fəlsəfi məsələlərə toxunmaqla yazıçı oxucunu düşünməyə vadar edə bilib. Roman həyata kənardan baxmağa kömək edir. Bəzən amansızlıqla, qəddarlıqla dolu dünyamızda insan kimi qala bilmək, insani düşüncələr və hislərlə, mərhəmətlə yaşamağı oxuculara aşılayır. Keşməkeşli həyat yolunda irəliləyərkən təlaşlanmamağı, dayanıb ürəyinin səsini dinləməyi və yoluna davam etməyi öyrədir.
    @mumogluceylan
  • Əvvəlcə bildirim ki, Azərbaycanca kitab oxuya bilmirəm, təməldən yaranan problemdi. Bu ilk kitabdı bizim dildə oxuyub və bəyəndiyim.
    Kitaba ilk başlayanda sıxıldım, katoliklər, protestantlar, kilsə, ruhanilər... sonra gələn (13il sonra) siyasi danışıqlar və s.
    Amma atmadım dedim oxuyacam
    Və yaxşı ki davam etmişəm. O qədər təsirli və ağır bir sonluq gözləmirdim ilk baxışda.
    Arthur'un yıxılan inamı-həm "atası"na, həm Allaha; həyatının onu keçirdiyi amansız süzgəcdən yaranmış amma ürəyində daima daşıdığı 2 ağır sevgisi ilə Ovod...
    Oxumayan ya da yarıda buraxan varsa bilsin ki, çox şey itirər.
  • Rahmetli Prof. Dr. Erbakan'a karşı saygım ve sevgim sonsuz. Zaten Türkiye'nin yetiştirdiği ender bilim adamlarından ve siyasetçilerinden. Bu eserde siyasete neden atıldığından, nasıl bir yol izlediğinden ve değerlere nasıl bağlı olduğundan bahsediyor. Çok ince bir yapıya sahip olduğu gibi çokta zeki bir insandır. Almanya gibi ikinci dünya savaşından dümdüz çıkmış bir ülkenin kalkınma hamlelerini genel olarak Türkiye de uygulamak istemiştir. Bundan ötürü hiçbir zaman ağzından Ağır Sanayi Hamleleri yapacağız cümlesni eksik etmemiştir. Nitekim göreve geldiği her dönem bu ülkeye çok yararlı işler yapmış ve hizmet etmiştir. Bir bilim adamının hayatını ve siyasi serüvenini öğrenmek istiyorsanız hiç sıkılmadan okuyacağınız bir eser...
  • Aşk denilen, bir kemende bağlıyım,
    Ruhum içre, tutukluyum çöz beni,
    Çok eskiden, sol yanımdan dağlıyım,
    Çaresizim, kötü yaktı köz beni…

    Güz dalında, yaprak gibi solayım,
    Saçlarına meltem gibi dolayım,
    Yaralıysan ince merhem olayım,
    Havanlarda dibeklerde ez beni…

    Adı yasak, unvanımın, sanımın,
    Aşk uğruna, pahası ne kanımın?
    Bir kuş kadar kıymeti yok canımın,
    Ömrün varsa, daha kırk yıl üz beni…

    Bir iş yapma, sakın bana sormadan,
    Ah, ne güzel seni anmak durmadan,
    Gecikme gel, kırağılar vurmadan,
    Acılardan, alıp götür tez beni…

    Benim davam, Karacaoğlan davası,
    Bütün rengim bir köy evi sıvası,
    İçim dışım, bir memleket havası,
    Yayla yayla, ova ova gez beni…

    Sana mühlet, düşünmeden he deme,
    Çalışırım, zayıf düşmez karneme,
    Kötülükler uğrayamaz haneme,
    Doğruların defterine yaz beni…

    Günlerimiz, bir süt gibi sağılsın,
    Kem sözlüler önümüzde eğilsin,
    İnancımla, sisim, pusum dağılsın,
    Seccadene dua edip diz beni…

    Hiç olmadı kimselere bir kinim,
    Endişem yok ben kendimden eminim,
    Herkes bilir, çok sağlamdır yeminim,
    İnan bağlar, verdiğim her söz beni…

    Yaralı kurt acı acı ulur ya,
    Eşkin atlar, yorulunca solur ya,
    Sen belki de inanmazsın olur ya,
    Öyle ise imbiklerden süz beni…
    İbrahim Berber
    Sayfa 14 - Ötüken Neşriyat
  • Dünyada mevcut olan, bütün katı, sıvı ve gaz ısınan her cisim ge­nişler ve yoğunluğu azalır. Soğuyan her cisim ise dara­lır ve yoğunluğu artar. Bunun tek bir istisnası vardır, o da sudur. Bir tek su bu kurala uymaz. 100 dereceden +4 dereceye kadar su soğudukça hacim olarak küçülür. En ağır su +4 derecede olan sudur. Bundan dolayı ne­hirlerin, göllerin, denizlerin dibinde +4 dereceden daha soğuk su bulunmaz. +4 derecedeki su soğumaya devam ederek +3 dereceye, +2 dereceye +1 dereceye kadar ısısı düşmeye devam ederse hacmi genişlemeye başlar. Böy­lece birim hacminin ağırlığı azaldığından yukarı taba­kalara çıkar. Sıfır dereceye geldiğinde en büyük hacme ulaşır ve su tabakasının en üstüne çıkmış olur. Böylece ırmakların, göllerin, denizlerin donması alttan değil, üstten başlar. Bu sıradan gibi görünen ve dikkat çekme­yen kural, ilahi bir rahmet olarak sularda yaşayan canlı­ların yaşamalarını ve üremelerini mümkün hâle getirir.
    Necmettin Erbakan
    Sayfa 8 - MGV