Ayçilər

376 syf.
8/10 puan verdi
·
Read in 8 days
“Ölü evdən qeydlər” Dostoyevskinin həyatının demək olar ki,ən çətin illərini əks etdirən avtobioqrafik əsəridir.Yazarın Omsk həbsxanadakı həyatının və təəssüratlarının verildiyi bu povestdə digər məhbuslar tərəfindən qəbul edilməyən Dostoyevski bu çətin dönəmi,öz düşüncələrini,məhbuslara dair düşüncələrini,insanın psixoloji analizi kimi mövzuları mükəmməl şəkildə çatdırır.Həbsxanadakı tənhalığı,müxtəlif insanların müxtəlif davranışlarının ustalıqla təsvir edildiyi bu əsərdə hekayələr ayrılıqda qırıq və tamamlanmamış hissi versə də,kitabın sonunda qəribə şəkildə bir bütöv halına gəlir.Ayrı-ayrı personajların,daha çox məhbusların və xəstələrin,həmçinin gözətçilərin,mayorların davranış tərzləri ilə bağlı geniş məlumat verən Dostoyevski az da olsa,öz durumu,tənhalığı ilə bağlı qeydlər də aparır. Bir çox avtobioqrafik əsərlərdə olduğu kimi məzmun baxınından bir o qədər də maraqlı və axıcı olmasa da,Dostoyevskinin əsərlərinə təsir edən və yaradıcılığında dönüş nöqtəsi hesab edilən bu dövrlə tanış olmaq üçün oxunmalı kitablardandır məncə.İrihəcmli əsərlərini oxumadan bu əsərlə başlamış olduğum üçün özümü itirmiş hesab etmirəm düzü.Dostoyevskini daha yüksək səviyyədə anlamaq üçün yaxşı başlanğıc olduğunu düşünürəm. Bu arada uzun zaman sonra ana dilimizdə oxuduğum ilk kitab idi.Tərcüməni o qədər də sevmədim.Orfoqrafik səhvlər də çox idi.Gələcəkdə yenidən türkcə təkrar oxumağı düşünürəm.
Ölü Evdən Qeydlər
Ölü Evdən QeydlərFyodor Dostoyevski · Qanun Nəşriyyatı, Əli və Nino Nəşriyyatı · 201314.7k okunma
Reklam
72 syf.
7/10 puan verdi
Halil Cibrandan oxuduğum növbəti kitab olan Gezgin'də gündəlik həyatda rastlaşdığımız bəzi problemlərə müxtəlif baxış bucağı ilə baxılır.Bir-birindən fərqli və rəngarəng 52 hekayənin verildiyi bu kitabda diqqətimi çəkən detallardan biri də yazarın çox az söz ilə böyük düşüncələr yarada bilməsidir.Hekayələr çox qısa olsa da,dərin düşündükdə çox önəmli anlamlar daşıdığını fərqinə varırıq.Ədəbi cəhətdən mənə təsir etdi,tam doyum yaşadım deyə bilmərəm,amma aforizm və ibrətamiz hekayələr oxumağı sevirsinizsə,oxumağa dəyər deyə düşünürəm. Bitirdiyim 4-cü kitabı olmasına rəğmən hələ də Halil Cibranı sevib-sevmədiyimə tam qərar verməmişəm.Düşündürür,amma ədəbi zövq vermir kitabları.Qərarsız qalmışam bir az..
Gezgin
GezginHalil Cibran · Türkiye İş Bankası Kültür Yayınları · 201711.2k okunma
386 syf.
8/10 puan verdi
·
Read in 25 days
Şairin son illərdə yazdığı şeirlərinin toplandığı bu kitabda Vətənə,təbiətə və Musa Yaqub poeziyasının olmazsa olmazı olan sevgiyə dair mükəmməl şeirlərlə rastlaşırıq.”Payıza baxıram”ın ilk səhifələrində şairin həyat və yaradıcılığını daha yaxşı şəkildə mənimsəməmiz məqsədilə Ümman sakitliyi adlanan önsöz daxil edilib.Təxminən ilk 200 səhifədəki şeirlər vətənə və təbiətə həsr edilmişdir.Vətənə aid şeirləri ruhlandırıcı motivlərlə doludur.Son səhifələr isə sevgi şeirləridir.Musa Yaqub şeirləri ilə ruhumu oxşadı desəm yeridir. Şairdə diqqətimi çəkən bir payız sevdası var ki,qeyd etməsəm olmaz.Payızda yarpaqların tökülüşünə,küləyin pıçıltısına,payızın xatirələri oyatmasına tez-tez müraciət edir.Bəlkə də şeirlərini ömrünün payızında yazdığına işarə edir,nə bilmək olar..Bu mənada kitabın adının çox düzgün seçildiyini düşünürəm. Baxıram… Payızın nəyi olacaq? Ələnən ələyi, Solan çiçəyi, Soyuyan torpağı Düşən yarpağı Az qala şeirlərin yarısını alıntılamışam,qeyd dəftərimə də köçürmüşəm çoxunu.Tez-tez qayıdacağam buralara.Şeirə ehtiyac olduqca..
Payıza baxıram
Payıza baxıramMusa Yaqub · Araz Nəşriyyatı · 201019 okunma

Reader Follow Recommendations

See All
60 syf.
7/10 puan verdi
Fransız yazar Emile Zolanın Sel adlı qısa hekayəsi real hadisə əsasında yazılmışdır.1875-ci ildə Fransanın Toulouse əyalətində Garonne çayının daşması nəticəsində yaranan sel fəlakəti 3000 insanın ölününə səbəb olmuşdur.Sel və onun gətirdiyi fəlakətlərin qələmə alındığı bu əsərdə möhtəşəm bənzətmələrlə insan özünü hekayənin içində hiss edir.Sonu artıq bəlli olsa da,hekayə o qədər oxunaqlıdır ki,ayrılmaq mümkün olmur.Kitabda 11 xarakter adı çəkilir və onların hər biri haqqında qısa da olsa məlumat verilir.Bu xoşbəxt ailənin yer üzündən silinişini izləyirik sanki Seldə.. Zola'nın təsviretmə qabiliyyətinə heyran qaldım desəm yeridir.Sel sularının gəlişini,səsini,yüksəlişini,həmçinin qorxunu,hüznü,üzüntünü,ümidsizliyi yaşayırmışcasına hiss edirik.Gözyaşları içində bitirdim..
Sel
SelEmile Zola · Fabula Kitap · 2015529 okunma
140 syf.
7/10 puan verdi
·
Read in 30 hours
Kreutzer Sonat Tolstoyun yaşlılıq dönəmində ədəbiyyata bəxş etdiyi əsərlərindən biridir.Qatarla səyahət zamanı Pozdnişev adlı əsas personajın öz həyat hekayəsini danışması ilə başlayan hekayə insan ruhunun ən dərin nöqtələrindəki qısqanclığı,aşağılanma kompleksini və şiddət meyllərini açıb çıxarır.Tam bir qadın düşməni adlandıra biləcəyimiz
Kreutzer Sonat
Kreutzer SonatLev Tolstoy · Türkiye İş Bankası Kültür Yayınları · 201910.8k okunma
Reklam
Reklam
34 öğeden 16 ile 30 arasındakiler gösteriliyor.