Zamanı qabaqlamaq istəyən insan gələcəkdə yaşayır. Baş verməmiş pis hadisələrin sıxıntısı, iztirabı onu yaşamağa qoymur. Belə insan hələ dünyasını dəyişməmiş, sappasağ olan yaxınlarının ölümünü düşünməklə qəlbində indidən onlara yas tutub ağlayır. Həyat çox sadədir, onu biz insanlar qəlizləşdiririk. Həyat çox gözəldir, onu biz özümüz bədbəxtliyin qara rənginə boyayırıq. Ölməmiş insanı indidən dəfn etməzlər, Villi. Rahat yaşamaq üçün özümüzü baş verməyən hadisələrə görə möhnətə salmamalı, gələcəkdə deyil, indidə yaşamağa vərdiş etməliyik.