"Kerri bacı" romanını Teador Drayzer yaradıcılığının şah əsəri adlandıra bilərik. Romanda həyatın dərinliklərinə varmamış, öz xəyal dünyasında kiçik ehtiyaclarının təmin edilməsindən hədsiz xoşbəxtlik duyan, pak ruhlu və bir o qədər gözəlliyinin fərqində olub bundan zövq alan gənc qız Kerrinin həyatı qələmə alınmışdır. Daim aşıb-daşan həyat sevgisi, kəşf etmək və yaşının ona təlqin etdiyi maddi nemətlərə çatmaq arzusu onun Çikaqoda qarşılaşdığı çətinliklərlə ziddiyyət təşkil edirdi. Belə ki, özünün verdiyi bütün qərarların doğruluğuna əmin olan bu gənc qız bir tərəfdən arzusunda olduğu həyata qovuşmaq həvəsi, digər tərəfdən hələ özünə belə doğru etiraf edə bilmədiyi duyğuların əsirinə çevrilərək həyat yolunda yeni cığırlar açmağa müvəffəq olur. Zaman və illər ərzində yaşadıqlarının ona öyrətdikləri Kerri üçün sonda əsl xoşbəxtliyin göstəricisi olur.
Kerri BacıTheodore Dreiser · Qanun Nəşriyyatı · 2014543 okunma
İnsanlar ümumiyyətlə sözlərə həddən artıq əhəmiyyət verirlər.Onlara elə gəlir ki, sanki sözlər böyük nəticələrə səbəb olur.Həqiqətdə isə sözlər, adətən, çox az inandırıcıdır. Onlar ancaq arxalarında gizlənmiş dərin, coşqun hiss və arzuları tutqun surətdə ifadə edir. Ürək isə ancaq dil ona mane olmadığı zaman qulaq asır.