30. İndiki belədir, onlardan üz çevir və gözlə. Onlar da gözləyirlər. (Sən Allahın rəhmətini, onlar isə əzabını.) |Səcdə surəsi, 30|
Ənam surəsi- 45,46,47,48
45. Beləliklə, zülm etmiş dəstənin kökü və nəsli kəsildi. Həmd və şükr aləmin və aləmdəkilərin Rəbbi olan tək Allaha məxsusdur. 46. De: «Mənə xəbər verin, əgər Allah sizin qulaq və gözlərinizi(n gücünü) alsa və qəlblərinizə (anlamazlıq və bədbəxtlik) möhürü vursa, onları sizə Allahdan başqa hansı məbud gətirəcək?» Gör Biz Öz ayələrimizi necə müxtəlif (surətdə) gətiririk, sonra onlar (yenə də) üz döndərirlər. 47. De: «Mənə xəbər verin, Allahın əzabı (zəlzələ və sel kimi) qəflətən, yaxud (tədricən ölümlə nəticələnən vəba və buna bənzər xəstəliklər kimi) aşkar halda sizə gəlsə, zalımların dəstəsindən başqası həlak olarmı?! (Şübhəsiz, bədbəxtcəsinə ölüm zalımlara məxsusdur və yaxşıların onların arasında həlak olmaları şəhadətdir.) 48. Biz Öz peyğəmbərlərimizi yalnız müjdə verən və qorxudan olaraq göndəririk. Beləliklə iman gətirib ləyaqətli olaraq (özlərini) düzəltməklə məşğul olanlar üçün (axirət aləmində) əsla qorxu yoxdur və onlar əsla qəmgin olmayacaqlar.
Reklam
"Əgər onlar Tövrata, İncilə və Rəbbi tərəfindən özlərinə nazil edilənə (İlahi kitabların sonuncusu olan Qurana) düzgün əməl etsəydilər, onlar həm (başları) üstündə, həm də ayaqları altında olanlardan (göylərin və yerin nemətlərindən) yeyərdilər. Onlar arasında mötədil (İslam dininə qarşı heç bir ədavət bəsləməyib onun müqəddəsliyini etiraf edən) bir camaat vardır. Lakin onların çoxusunun gördüyü işlər necə də pisdir!" | Maidə surəsi, 66.|
"Məgər insanlar "iman gətirdik"— demələri ilə onlardan əl çəkilib, (əməlləri ilə daha) imtahan olunmayacaqlarını sanırlar mı?! Şübhəsiz ki, (biz) onlardan əvvəlkiləri (Öz cari sünnəmizə uyğun olaraq onların qarşısına vəzifələr qoyaraq) imtahan etmişdik. Beləliklə, Allahın əzəli elmi düz danışanların barəsində də həyata keçər, yalançıların barəsində (də) həyata keçər, düz danışanların doğruluğu və yalançıların yalanı aşkar olunar." |Ənkəbut, 2-3|
"Həqiqətən, Allah heç bir bəndə üçün (mövcud) olanı (nemət və firavanlığı, yaxud da bəla və çətinliyi) onlar özlərində olanı (iman və küfrü, yaxud da itaət və fasiqliyi) dəyişdirməyincə dəyişdirmir" —|Quran Rədd Surəsi 11|
Küləkləri Öz mərhəməti önündə yağışdan qabaq müjdəçi olaraq göndərən Odur. Nəhayət, o küləklər ağır buludları daşıyarkən, Biz o buludları ölü bir diyara tərəf qovur,onunla yağmur endirir və bunun vasitəsi ilə hər cür meyvə yetişdiririk.Biz ölüləri də belə dirildəcəyik. Bəlkə, düşünüb ibrət alasınız.
Əl-Əraf/57
16 öğeden 11 ile 16 arasındakiler gösteriliyor.