Günlərdi oxuduğum və psixologiyamı darmadağın edən həmin o kitab. Kitabda 16 yaşlı Leylanın anidən bas vermiş müharibə zamanı başına gələn dəhşətlərdən bəhs olunub. Həqiqətən də bu həyatda qadın olmaq çox çətindir. İnsanın qınanılacaq bir səbəbi olmasa belə, yenədə insanlar qınamağa bir səbəb tapırlar. Həyatımızın reallıqlarıdır. Bir kişi bir qadına təcavüz etdiyi halda, qadın dinlənilmədən, bütün oxlar qadına tərəf dönür. Nə üçün axı? Kitab bitənə qədər düşünürdüm ki, bu ədalətsizliklər bitməyəcək deyəsən. Kitabın sonunda çox az da olsa ürəyim fərahladı. Oxuduqca bu faciələrin gerçək olmaması üçün dua edirdim, gözlərimdən yaş süzülürdü bəzən. Nifrətdən, əsəbdən bilmirdim nə edim ki, içim soyusun. Bir şeyi qeyd edim ki, əgər çox həssas birisinizsə, oxumağınızı tövsiyə etmirəm. Özümdə həssasam, bir az təsir etdi mənə. Hələ kiçik yaşlıların oxumağını ümumiyyətlə tövsiyə etmirəm. Mümkündürsə bəlli bir yaşı keçdikdən sonra oxuyun. Kitabı gec bitirməyimin səbəbi isə yenə dərslər idi təəssüf ki :(
Oxuyan hərkəsə xoş mütaliələr.