Səssiz sev
Elə bir varsan ki, həyatımda Yoxsan, yoxam Gözlərin səpələnib bu şəhərə İnanma mənə və... Və get bir gün Oyanıb tapa bilməyim üzünü Bir soyuq çay və siqaretdən sonra Gic bir gülümsəməylə Boynuma sənsizliyi keçirib asım özümü
Tez unudulan adamlar siyahısı
Sadəcə Elə gözəl ağlayırsan ki, Lap elə ölməyim gəlir...
Reklam
Kəzzab
Aramızda bir qələmlik məsafə var əslində Təngi-nəfəs qaçdıqca uzaqlaşıram əksinə
bir az və sadə
Keçə bilərsən həyatımdan? Bir az və sadə. Susaraq
Susacam
Rənglərimi itirmişəm elə bil Saatlarım sənsizliyə 5 dəqiqə işləyib Bu səhər bütün musiqiləri yandırmışam Susmuşam, susmuşam və susmuşam
150 syf.
10/10 puan verdi
·
Beğendi
·
16 saatte okudu
Çox sevdiyim o şairin axtardığım o kitabı...
Baxdım ki, bu kitab haqqında sadəcə bir nəfər incələmə yazıb, o da bir neçə cümlə. Amma bu kitabı bir neçə cümlə ifadə edə bilməz. Çox sevdiyim şairlərdən olan
Ali Khayyam
Ali Khayyam
ın qələmindən tökülən o möhtəşəm şeirləri insanı oxuduqca valeh edir, böyük bir təsir yaradır, dərin bir iz qoyur. Kitabdakı bəzi şeirlər onun "MadHouse Community"də olarkən və yaxud da sonralar albom daxilində və "single" şəklində paylaşılıb. Hamısını dinlədiyim, hətta bir neçəsini də səhifəmdə "ileti" kimi paylaşdığımdan bəzi hissələr artıq tanış idi, amma təkrar oxumağa da dəyərdi. Şairin məcazları, bənzətmələri insanı valeh edir, ayrılıq həsrəti, vətən sevgisi, ata ilə yaşana bilməmiş günləri, dostlarına müraciəti, anaya olan müraciətlər, kədər hissinin tərənnümü və s. bu kimi şeylər kitab boyunca bizə yoldaşlıq edir və qəribə hisslərin bizə hakim kəsilməsinə səbəb olur. Şeir kitablarını heç sevməyən biri olaraq deyirəm, bu kitab elə tez bitir, elə də uzun müddət təsir edir ki... Mənsə sizinlə sağollaşıram, əziz oxucular. Gününüz gözəlliyə, ömrünüz kitablara... Oxuduğunuz üçün təşəkkürlər!
Bulud Bağçaları
Bulud BağçalarıAli Khayyam · Zero Nəşriyyatı · 201441 okunma
Reklam
Rənglər üsyanda
Of, bu neçənci yuxu oyanmadığım? Neçənci dəfə yoxsan? Unut demə, cəhənnəm ol "Bir ... deyil yaşamaq " Saralır ümidlərim Adını payız qoydum Sonuncu şeirimsən Bağladığım pəncərəmsən "Yaşamaq da bir ... deyil" Bu xaraba Qaraçı ümidlərimin sirdaşıdı Gəlməyəcəksən bilirəm Getmək ölməyin qardaşıdı
Yanlış anlaşılma (Tam şeir)
Bir gün, sevgili Söyəcəklər məni Deyəcəklər ki, belə şeir olar? Sən onlara de ki: "Eh, insanlar! Yanlış anlamısınız Bunlar şeir deyil O heç şair də deyil O heç yazmadı ki..."
Sayfa 18 - "Zero" nəşriyyatıKitabı okudu
Getmirəm, Bakı
Yox Bakı, bir az sev məni, bir az sığal çək saçlarıma Bakı, bir yer ayır mənə o əfsanələrində Tarixin dərinliklərində basdır adımı Yox Bir sevgilinin ovuclarında məhkum elə həqiqətimi Qırılsın ayrılıq sözümdən Parçalanan göyüzün Mən göyüzünün xəritəsini çəkirəm, Bakı Buludlardan bağçalar Yox Bakı, buraxa bilmərəm səni Bir az öldür sevgililəri Bir az yas Bir az da qatil olaq, Bakı?
Heç bilirsən? (Tam şeir)
Ayrılacağımı bilə-bilə Yenə qopa bilməmək dodaqlarından İllər sonra yanımda olmayacağını bilə-bilə Qadınım demək sənə, sevmək səni, dəli kimi Və getmək vaxtı gəldiyində, Getmək insafsız kimi Əllərindən ayrılığın o zəhər qorxusu Başağrılarımın səbəbi Sonra doldurmaq bir tərəfi qırıq külqabıya İyirmi əsəbi Uzun-uzadı sevgi romanları yazmaq sənin
Reklam
Gülüş rolları
Yarı içkili, yarı ayığam bu günlər Pəncərəmdən keçən yollar Səndən keçməyən yollara düşmənəm mən Sənlə bağlı xəyallarlmın yarısı çirkli Gözlərimdən düşür sənsizlik Bədəninə toxunan əllərə düşmənəm mən Tüstü oyunlarından qaralır dodaqlarım Gözlərimdən süzülür sənsizlik Mənsiz inandığın tanrılara şeytanam mən Bir neçə səhifə səpələnib otağıma Üzərində sənsizliyin misraları Sənsizliyin o əclaf şairiyəm mən Günəşlə sevişdiyimə baxma gecələr Yatağımdan utanıram Sənsiz, gülüş rollarındayam mən
Sayfa 12 - "Zero" nəşriyyatıKitabı okudu
Sənsizlik nədir? (Tam şeir)
Sənsizliyin bir ucu intihardır Sənsizliyin rəngi gecədir Sənsizliyin o biri adı kədərdir Sənsizliyin dadı acıdır Sənsizliyin mahnısı hıçqırıqdır Sənsizliyin yuxusu ölümdür Sənsizliyin tanrısı küfrdür Sənsizliyin dostu qələmdir Sənsizliyin şeirləri yarımçıqdır Sənsizliyin kitabları Zafondur Sənsizliyin yeməyi aclıqdır Sənsizliyin havası payızdır Sənsizliyin şəhəri Bakıdır Sənsizliyin duası söyüşdür Sənsizliyin suyu çaxırdır Sənsizliyin nəfəsləri siqaretdir Sənsizliyin düşməni sevgililərdir Sənsizliyin söyüşü adındır Sənsizliyon saatı 9-dur Sənsizliyin adresi otağımdır Sənsizlik çox pis şeydi
Sayfa 11 - "Zero" nəşriyyatıKitabı okudu
Toz
Yəni tozmu olur hər şey Sadə üfürtüylə qeyb olan?
Sayfa 10 - "Zero" nəşriyyatıKitabı okudu
"Məbədim"
Mən Dünyayam Sənin adın olsun Atlantida bu gündən Gizlətmişəm səni bütün bəşəriyyətdən Heçliyə qədər mənimsən
Sayfa 9 - "Zero" nəşriyyatıKitabı okudu
Kimsən sən?
Qafiyələrə nə ehtiyac var, anlamıram Süzüb içmək var ikən gözlərini
Sayfa 149Kitabı okudu
106 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.